top
Azərbaycan basketbolunun tənəzzülü: Zaur Paşayevdən müsahibə Idman.biz
06 noyabr 2025, 14:36
- ↺ +

Azərbaycan basketbolunun tənəzzülü: Zaur Paşayevdən müsahibə

İnanmaq çətindir, amma cəmi 15-20 il əvvəl bizim kişilərdən ibarət basketbol yığmamız var idi. Komanda kifayət qədər səviyyəli basketbol nümayiş etdirir və hətta I İslam Oyunlarında qalib gəlmişdi. İndi isə, artıq VI İslam Oyunları start götürərkən, yığmamız reytinqə əsasən yarışa vəsiqə qazana bilməyib. Niyə belə oldu? Üstəlik, son illərdə ölkəmizdə klub basketbolunun kifayət qədər fəal inkişaf etdiyini nəzərə alsaq, bu, bir qədər təəccüblüdür.

Məhz bu sualla İdman.Biz Azərbaycan basketbolunun "qızıl dövrü"nün sonuncu nümayəndələrindən biri - hazırda "Quba" basketbol klubunun oyunçu-məşqçisi Zaur Paşayevlə müsahibəyə başladı.

- Axı bizdə 10-12 il basketbol ümumiyyətlə yox idi... Rəqabətə davamlı yığma hardan yaranmalı idi? Əvvəllər oynayanların çoxu artıq idmanı tərk edib, ya da mənim və Fuad Niftəliyevin (2005-ci il komandasının digər üzvü, hazırda "Sumqayıt"da çıxış edir - red.) kimi hələ də meydandan uzaq düşməyənlər qalıb. Gənclər lazımi səviyyəyə çatana qədər hələ bir neçə il keçməlidir. Hələlik isə biz 20 il əvvəl qalib gəldiyimiz turnirə belə qatıla bilmirik - həm də həmin ölkədə. Axı I İslam Oyunları Məkkədə keçirilmişdi.

-Bu arada bizim qadın 3x3 basketbol komandamız hazırkı İslam Oyunlarının favoritlərindəndir. Halbuki, kişi komandası – sizin də iştirak etdiyiniz heyət - 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında bu növdə qalib gəlmişdi. İndi isə bizdə bu formatda da rəqabətə davamlı yığma yoxdur...

-O vaxt mən federasiya rəhbərliyinə bu basketbol növünü inkişaf etdirməyi dəfələrlə təklif etmişdim. Çünki o artıq Olimpiya Oyunlarının proqramına daxil idi... Amma, təəssüf ki, heç kim məni dinləmədi.

- Bəs necə oldu ki, Azərbaycan heç kimin gözləmədiyi halda ilk İslam Oyunlarında qalib gəldi?

- Biz özümüz də bunu gözləmirdik (gülür). Hətta favoritlər - Mərakeş yığmasını məğlub etdikdən sonra belə, maksimum yarımfinala çıxacağımızı düşünürdük. Qələbəyə yalnız İranda keçirilən yarımfinal görüşündən sonra inandıq – çox ağır oyun idi. Həmin qarşılaşmada hər şey son saniyələrdə həll olundu: Aleksandr Rındinin top qapmasından sonra mən topu səbətə göndərdim. Finalda isə artıq Əlcəzair yığmasını inamla məğlub etdik.

- Və sonuncu sual. Bakıda basketbol oyunlarına böyük maraq var. Bəs bölgələrdə vəziyyət necədir? Məsələn, hazırda çıxış etdiyiniz Qubada azarkeş dəstəyi varmı?

- Bilirsiniz, müxtəlif bölgələrdə vəziyyət fərqlidir. Məsələn, klubumuz əvvəllər Cəlilabadda yerləşirdi və orada insanlar oyunlara mütəmadi gəlirdilər - həm də yüzlərlə. Ev oyunlarımızda demək olar ki, hər dəfə böyük azarkeş marağı olurdu. Amma Qubada, təəssüf ki, bu maraq yoxdur. Sadəcə, bu şəhərdə basketbola maraq göstərmirlər - vəssalam. Açığı, bu, mənim üçün çox üzücüdür. Axı biz tamaşaçılar üçün oynayırıq...

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər