Bu gün Azərbaycan Basketbol Liqasının VI turu başlayacaq.
İdman.Biz xəbər verir ki, bu günün yeganə qarşılaşması "Lənkəran" və "Sumqayıt" komandaları arasında keçiriləcək.
Oyun Lənkəran Olimpiya İdman Kompleksində saat 15:00-da başlayacaq.
Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 6 xalla altıncı pillədə yer alır.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.