Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan iki günlük seminar başa çatıb.
İdman.Biz ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanlarda ümumilikdə 80 məşqçi iştirak edib.
Tədbir məşqçilik kateqoriyalarının verilməsi məqsədilə keçirilib. İmtahan nəticələrinin yoxlanılması prosesi hazırda davam edir.
Uğurlu nəticə göstərən iştirakçılara uyğun məşqçilik kateqoriyası yaxın günlərdə təqdim olunacaq.