3x3 Qadın millimiz Kopenhagendə keçirilən Avropa Kubokunun final mərhələsində ikinci oyunda da qələbə qazanıb.
İdman.biz bildirir ki, millimiz bu dəfə Ukraynadan üstün olub - 21:14.
Birinci görüşmə yığmamız üçqat Avropa çempionu Fransanı 21:16 hesabı ilə məğlub etmişdi.
Beləliklə, Azərbaycan komandası 1/4 finala vəsiqə qazanıb.
İdman.biz