top
Polina Rəhimova karyerasının sonu barədə danışdı: Bəlkə də, bu, son oyunlar olacaq Idman.biz
14 aprel 2026, 14:31
- ↺ +

Polina Rəhimova karyerasının sonu barədə danışdı: "Bəlkə də, bu, son oyunlar olacaq"

Yunanıstandakı karyera mərhələsi Azərbaycan millisinin voleybolçusu Polina Rahimova üçün başa çatıb.

İdman.Biz-ə müsahibəsində voleybolçu "Panionios"dakı çıxışını dəyərləndirib, Azərbaycan millisinin heyətində evdə keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb və bu oyunların onun üçün son ola biləcəyini istisna etməyib.

Hücumçu etiraf edib ki, "Panionios" üçün mövsüm kifayət qədər gözlənilməz başa çatıb. Komanda Superkubok və Yunanıstan Kubokunu qazandıqdan sonra müntəzəm çempionatda üçüncü yeri tutsa da, pley-offun ilk mərhələsində AEK-ə uduzub.

"İlk oyunu qazandıq, sonra isə ikinci və üçüncü görüşlərdə məğlub olduq. Həlledici qarşılaşmada çoxlu səhvlər etdik, xüsusilə dördüncü setdə ötürmələr zamanı. Yekun uğursuzluq klub üçün böyük məyusluq oldu. Bununla belə, mövsüm kifayət qədər yaxşı alındı, iki titul qazandıq", – deyə P.Rəhimova vurğulayıb.

Voleybolçunun fikrincə, bir sıra təşkilati problemlər "Panionios"un daha uğurlu çıxış etməsinə mane olub.

"Mövsümün ortasında baş məşqçi dəyişdi, heyətdə rotasiya getdi. Vacib oyunlardan biri öncəsi yeni bağlayıcı meydana buraxıldı, komanda kimyası kifayət qədər deyildi, bəzi oyunçular isə başqa klublara keçdi. Şəxsən mənə gəlincə, demək olar ki, bütün oyunlarda sonadək meydanda oldum. Yaddaşımda ilk dəfədir ki, mövqeyimdə hətta əvəzedici də yox idi, buna görə bütün çempionat boyu əsas heyətdə çıxış etdim. Nəticəlilik baxımından hər şey qaydasında idi, hətta uduzduğumuz matçlarda belə göstəricilərim yüksək oldu. Buna görə özümü qınaya bilmərəm, maksimumumu etdim. Əlbəttə, müəyyən məyusluq qaldı, amma həyat davam edir. İrəli getmək lazımdır", – deyə hücumçu əlavə edib.

P.Rəhimova hazırda final seriyasının davam etdiyi Yunanıstandadır. Daha sonra İstanbula qayıtmağı, ardınca isə milli komandanın heyətində Avropa çempionatına hazırlığa başlamağı planlaşdırır. O, turnirin onun üçün son oyunlar ola biləcəyini də istisna etməyib:

"Hər şey yaxşı alınsa, Avropa çempionatında oynamağı planlaşdırıram. Bundan sonra necə olacağını zaman göstərəcək. Bəlkə də, bu, karyeramdakı son oyunlar olacaq. Bununla da hər şey yekunlaşa bilər. Yaxud yaxşı təklif olsa, daha bir mövsüm davam edərəm. Sonra isə tam vidalaşma olacaq. Çünki ailə və şəxsi planlar barədə də düşünmək lazımdır", – deyə P.Rəhimova yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər