Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.
10:41
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında mübarizəyə start verir.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığması ilə qarşılaşacaq.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq.
Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.