top
Boris Qrebennikov: Döyüşkən kollektiv formalaşdırmaq - milli komandanın əsas vəzifəsidir Idman.biz
07 may 2026, 14:34
- ↺ +

Boris Qrebennikov: Döyüşkən kollektiv formalaşdırmaq - milli komandanın əsas vəzifəsidir

"Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu mövsüm əsas məqsədi vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır".

Bu barədə kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis hədəflərinin böyük olduğunu bildirib.

"Milli komanda üçün bu mövsüm əsas vəzifə vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bütün oyunçular eyni hədəf və istək, qalib gəlmək arzusu ilə mübarizə aparmalıdırlar. Məncə, ən vacib məsələ də məhz budur. Əlbəttə, reytinq cədvəlində mümkün qədər yüksək pillələrdə qərarlaşmaq istəyirik və düşünürəm ki, qarşımızda ən yüksək hədəflər dayanır", - deyə o, report.az-a açıqlamasında söyləyib.

B.Qrebennikov Avropa Liqasına hazırlıqdan da söz açıb:

"Komanda mayın 4-də bir araya gəlib və hazırlığı 22-dək Bakıda davam etdirəcək. Mayın 22-dən sonra isə Minskə yollanacağıq və hazırlığı Belarusun paytaxtında davam etdirəcəyik. Orada bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub. Hazırlığın ilk həftəsi daha çox başlanğıc və uyğunlaşma xarakteri daşıyır. Məqsəd bütün oyunçuları eyni fiziki hazırlıq səviyyəsinə gətirməkdir. Çünki voleybolçuların bir hissəsi bu yaxınlarda pley-off oyunlarında iştirak edib və mükafatlar uğrunda mübarizə aparıb. Digər qrup isə pley-offda oynamadığı üçün onların fasiləsi bir qədər uzun olub. Buna görə məşqçilər korpusunun əsas vəzifəsi bütün oyunçuları eyni fiziki kondisiya səviyyəsinə çatdırmaqdır".

Baş məşqçi turnirdəki hədəflərdən də danışıb:

"Bu mövsüm üçün konkret hədəflər müəyyənləşdirilib. Komandada gəncləşmə prosesi gedir. Gənclərdən ibarət millidən 4 oyunçu əsas yığmaya cəlb olunub. Məşqçilər korpusunun əsas məqsədi onları mümkün qədər tez yığmanın səviyyəsinə uyğunlaşdırmaq, beynəlxalq təcrübə qazandırmaq və döyüşkən kollektiv formalaşdırmaqdır. Hazırlıq çox ciddi şəkildə davam edir. Bu il rəqiblərimiz olduqca güclüdür. Demək olar ki, bütün komandalar əsas heyətlə çıxış edəcəklər. Buna görə beynəlxalq mövsüm çox çətin keçəcək. Amma düşünürəm ki, məqsədlərimizə çata bilərik".

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-dəə İsveçdə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər