top
Boris Bekker Universiada iştirakçılarına zəif cəhətlər üzərində işləməyi tövsiyə edib Idman.biz
22 iyul 2025, 12:59
- ↺ +

Boris Bekker Universiada iştirakçılarına zəif cəhətlər üzərində işləməyi tövsiyə edib

Tennisdə "Böyük Dəbilqə" turnirlərinin dəfələrlə qalibi olmuş Boris Bekker "Messe Esse"n sərgi mərkəzini ziyarət edib. Burada Azərbaycan komandasının da qatıldığı Universiadanın yarışları keçirilir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, almaniyalı idman əfsanəsi karyerası boyu qarşılaşdığı çətinliklərdən və dünya idmanı ulduzlarının üzləşdiyi psixoloji təzyiqlərdən danışıb.

Bekkerin fikrincə, daha yaxşı olmaq üçün insan zəif cəhətləri üzərində işləməlidir: "Biz düyməyə basıldıqda işləyən kompüter deyilik – hər birimizin hissləri, ümidləri və şübhələri var.

Açıq şəkildə danışmaq çox vaxt vacib bir addım ola bilər. Əvvəllər zəiflik və qorxuların ifadəsi tabu sayılırdı. Bu gün isə zəiflikləri qəbul etmək getdikcə daha önəmli olur. Daha yaxşı olmaq üçün insan zəif cəhətləri üzərində işləməlidir".

Möhtəşəm karyerası ərzində Bekker üçün məşqçi həm rəqib, həm də psixoterapevt rolunu oynayıb. 1985-ci ildə yeniyetmə yaşında "Uimbldon"da qalib gəldikdən sonra həyatının necə dəyişdiyini və bu dəyişikliyə uyğunlaşmaq üçün ona dəstək lazım olduğunu bildirib: "17 yaşında yoluna çıxacaq hər şeyə hazırlaşmaq mümkün deyil. Finalı bu qədər gənc yaşda qazanmasaydım, bəlkə də bu mənim zehnim, bədənim və ruhum üçün daha faydalı olardı. Bütün bu yara izlərində bir növ özüm günahkaram"

İndiki bütün təcrübəsi ilə Bekker həm gənc özünə, həm də Universiadada uğur qazanacaq tələbə idmançılara bir tövsiyə verərdi – fasilə etmək: "İdman karyerasında elə mərhələlər olur ki, imkanlarının son həddinə çatırsan və sonra nə edəcəyini bilmirsən. O an '"dayan" düyməsini basmaq və dərin bir nəfəs almaq vacibdir. Gənc yaşlarında ard-arda qələbələr qazananda ən böyük problem bu səviyyəni uzun müddət qoruyub saxlamaqdır.

Bəzən elə məğlubiyyətlər olur ki, qəbul etməli olursan – rəqib səndən daha yaxşı idi. Bu çətindir, çünki xüsusilə iyirmi yaşlarında insan özünü mükəmməl hesab edir. Amma bu belə deyil. Bunu nə qədər tez qəbul etsən, bir o qədər güclü olursan."

Hazırda ekspert, teleşərhçi və tennis analitiki kimi fəaliyyət göstərən Bekker karyerası ərzində ümumilikdə "Böyük Dəbilqə"nin altı turnirinin, o cümlədən "Uimbldon"un üçqat qalibi olub. 1999-cu ildə peşəkar karyerasını başa vurduqdan sonra Novak Cokoviç (Serbiya), Holger Rune (Danimarka) və qısa müddətə Mişa Zverev (Almaniya) kimi aparıcı tennisçiləri çalışdırıb.

Bekkerə görə, idmançı karyerasından sonra da inkişafı davam etdirmək və özünü yenidən kəşf etməyə zaman ayırmaq vacibdir: "Əvvəllər səhnəm tennis kortu idi, indi isə televiziya. Əgər böyük tennis turnirini şərh edirəmsə, finalı da mütləq mən şərh edirəm. Bu, xoş hissdir."

İdman insanları bir araya gətirir və Bekker üçün Ümumdünya Universitet Oyunlarının məqsədi də budur: "Burada 8 min idmançı var və hamı bir-birinə dostcasına yanaşır. Hansı Tanrıya inanmağımız, dərimizin rəngi, boyumuz, çəkimiz fərqli ola bilər – amma hamımız idmançıyıq və kortda əzmlə mübarizə aparırıq. Amma sonra da bir-birimizin əlini sıxırıq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Oxşar xəbərlər