top
Mahir Məmmədov: Azərbaycan şahmatçılarının Avropa çempionatındakı çıxışı və Şəhriyar Məmmədyarovun liderliyi Sport24.az
15 oktyabr 2025, 18:00
- +

Mahir Məmmədov: Azərbaycan şahmatçılarının Avropa çempionatındakı çıxışı və Şəhriyar Məmmədyarovun liderliyi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov şahmatçılarımızın Batumidə keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, o, AŞF-nin saytına açıqlamasında deyib ki, yarışın kişi şahmatçılardan ibarət millimiz üçün sabit alını:

 

"Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüf ki, IX turda istədiyimiz nəticə alınmadı".

 

AŞF rəhbəri bildirib ki, şahmatda son turun öz qəribəlikləri var: "Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu, yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi".

 

Məmmədov digər şahmatçıların çıxışına da toxunub: "Rauf Məmmədov Ukrayna ilə qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığının təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə, qızıl medal daha yaxşı nəticədir. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi".

 

O, Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bölüşüb: "Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə, turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçilər heyəti - Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi, Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə qayıdacağına ümid edirik. Ayan Allahverdiyeva üçün millidə ilk çempionat kimi yadda qaldı. Bir partiyada, tamamilə uduş vəziyyətində qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə, biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı, öz lövhəsində birinci yerə çıxacaqdı".

 

Federasiya rəhbərinin sözlərinə görə, ümumiyyətlə, komandada realizə olunmayan məqamlar kifayət qədər olub: "Azərbaycan komandası böyük potensialını göstərdi. Fikrimcə, optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı, çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun ki, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik".

 

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb. Qadınlardan ibarət yığma isə 10-cu yeri tutub.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Manuel Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı oldu

Futbol
Bu gün, 02:32

"Malaqa" La Liqaya yüksəldi

Futbol
Bu gün, 02:03

Almaniya Fil Dişi Sahili üzərində qələbə qazandı

Futbol
Bu gün, 01:58

DÇ-2026: Almaniya - Kot-d'İvuar hesabının canlı izlənməsi

Futbol
Bu gün, 01:50

Niderland dünya çempionatında 100 qoldan keçdi

Futbol
Bu gün, 01:31

İsveç 1958-ci ildən sonra ilk dəfə dünya çempionatında böyük hesabla uduzub

Futbol
Bu gün, 01:31

İsveç dünya çempionatında 65 ildən sonra böyük hesabla məğlub olub

Futbol
Bu gün, 01:05

Rafinya DÇ-2026-da Şotlandiya ilə oyunu buraxacaq

Futbol
Bu gün, 00:53

DÇ-2026: Almaniya - Kot-d'İvuar matçında fasilədir

Futbol
Bu gün, 00:48

İsveç millisinin Niderlanda məğlubiyyəti

Futbol
Bu gün, 00:31

DÇ-2026: Almaniya Kot-d'İvuarla matçda hesabda geridədir

Futbol
Bu gün, 00:26

Niderland milli komandası İsveçi 5:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 00:24

Niderland İsveçi 5:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 00:00

Almaniya Kot-d'İvuara qarşı Futbol üzrə dünya çempionatında

Futbol
Dünən, 23:50

Almaniya - Fil Dişi Sahili: DÇ-2026

Futbol
Dünən, 23:45

Kot-d'İvuar baş məşqçisi Almaniya matçı barədə danışdı

Futbol
Dünən, 23:10

Kodi Qakpo dünya çempionatında 100-cü qolun müəllifi olub

Futbol
Dünən, 22:59

Real Madrid Olisenin transferi ilə bağlı açıqlama verdi

Futbol
Dünən, 22:51

DÇ-2026: Niderland İsveçi 5:1 məğlub edib

Futbol
Dünən, 22:37

DÇ-2026: İngiltərə millisi ABŞ-dakı bazasında tornado təhlükəsi ilə üzləşib

Cüdo
Dünən, 22:18

Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medalçı olub

Futbol
Dünən, 22:00

"Xankəndi"də məşqçi heyətində dəyişiklik

Futbol
Dünən, 22:00

"Xankəndi"də baş məşqçinin köməkçisi ilə yolların ayrılması

Digər
Dünən, 21:48

Azərbaycan taekvondoçuları Avropa çempionatında medal qazanıblar

Oxşar xəbərlər