"Qarabağ"dan ayrılan Emmanuel Addai sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, qanalı vinger "atlılar"la vidalaşıb:
"Bu səhifə bağlanarkən, sadəcə olaraq hər şeyə görə "Qarabağ"a təşəkkür etmək istəyirəm. Azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma göstərdikləri dəstəyə, mənimlə qalacaq xatirələrə və yaşatdıqları təcrübələrə görə minnətdaram. Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi. Klubla əlaqəsi olan hər kəsə gələcəkdə davamlı uğurlar və xoşbəxtlik arzulayıram".
Addai "Qarabağ"la başa çatan müqaviləsini uzatmayıb.