Azərbaycan minifutbol üzrə Avropa çempionu olub.
İdman.Biz bildirir ki, millimiz finalda Ukraynanı məğlub edib - 2:0.
Millimiz tarixində ikinci dəfə Avropa çempionu adına layiq görülüb.
23:33
Minifutbol üzrə Avropa çempionatının finalında Azərbaycan Ukrayna millisinin qapısına ikinci qolu vurub.
İdman.Biz bildirir ki, 50+5-də İsa Atayev hesabı 2:0 edib.
22:39
Minifutbol üzrə Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri qarşılaşırlar.
İdman.Biz bildirir ki, 7-ci dəqiqədə Mirmehdi Rzayev millimizi irəli çıxarıb.
09:30
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə qarşılaşacaq.
Görüş "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Xatırladaq ki, millimiz 2022-ci ildə Avropa, 2025-ci ildə isə dünya çempionu olub.