"Arsenal"ın və İngiltərə millisinin cinah oyunçusu Noni Madueke UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.Biz bildirir ki, turnirin mətbuat xidməti bu barədə məlumat yayıb.
Dekabrın 10-da Madueke "Brügge" ilə matçda (3:0) iki qol vurub.
Həftənin oyunçusu mükafatı üçün səsvermədə Madueke "Atalanta"dan Şarl De Ketelaere, "Ayaks"dan Oskar Qlux və "Barselona"dan Jül Kundeni geridə qoyub.
Noni Madueke 2025-ci ilin yayından "Arsenal"da oynayır və daha əvvəl iki il yarım "Çelsi"də oynayıb.