top
Çingiz Səmədov: Yapon Sumosunda Sərt İyerarxiya və Həvəskar Sumonun Peşəkar Sumodan Fərqləri Idman.biz
31 yanvar 2026, 10:40
- ↺ +

Çingiz Səmədov: Yapon Sumosunda Sərt İyerarxiya və Həvəskar Sumonun Peşəkar Sumodan Fərqləri

Bu yaxınlarda Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olan Çingiz Səmədov yüksək səviyyəli yarışlarda mütəmadi çıxış edən azsaylı azərbaycanlı sumoçulardan biridir.

İdman.Biz Çingiz Səmədovla həmsöhbət olub, ona suallar ünvanlayıb.

- Macarıstanda keçirilən beynəlxalq turnirdə qələbə münasibətilə sizi təbrik edirik. Bu qələbə xüsusilə dəyərlidir, çünki finalda turnirin ev sahibi ilə qarşılaşmışdınız. Klassik güləşçi bədən quruluşunuz var. Bəs niyə sonda məhz sumonu seçdiniz?

- Təbrikə görə təşəkkür edirəm. Beynəlxalq turnirlərdə yerli idmançıları məğlub etmək hər zaman daha çətin olur, amma bu mənim ilk qələbəm deyil və ümid edirəm ki, sonuncu da olmayacaq (gülür). Seçimə gəlincə, mən idmana məhz güləşlə başlamışam. 11 yaşımdan "Neftçi"də Yunan-roma güləşi ilə məşğul olmuşam. Polşaya köçdükdən sonra 2019–2021-ci illərdə ölkə çempionatlarında çıxış etdim, Yunan-roma güləşi üzrə Polşa çempionu, sərbəst güləş üzrə isə mükafatçı oldum. Həmin vaxt Polşa vətəndaşlığım olmadığı üçün ölkəni beynəlxalq yarışlarda təmsil edə bilmirdim. Amma milli çempionatlarda belə məhdudiyyət yox idi, orada əcnəbilərin iştirakı da mümkündür. Bu qanun yalnız cari ilin yanvar ayından ləğv edilib.

- Amma siz vətəndaşlığı xeyli əvvəl almışdınız. Niyə güləş karyeranızı davam etdirmədiniz? Axı Polşadakı nəticələriniz kifayət qədər uğurlu idi.

- Bəli, nəticələr həqiqətən yaxşı idi və hətta düşündüm ki, kaş sərbəst güləşlə daha tez məşğul olardım. Amma Polşada yalnız güləşlə stabil gəlir əldə etmək çox çətindir. Burada böyük turnirlərdə qələbələrə görə, məsələn, Azərbaycandakı kimi yüksək mükafatlar yoxdur. Ona görə də idmanı işlə paralel aparmalı olurdum. Halbuki məşqlər çox vaxt və enerji tələb edir, çünki tam fədakarlıq olmadan yüksək səviyyəyə çatmaq mümkün deyil.

Hərçənd Polşada rəqabət Azərbaycandan zəifdir - çünki Azərbaycanda güləş faktiki olaraq milli idman növüdür - amma orada da sistemli hazırlıq olmadan nəticə əldə etmək mümkün deyil. İdmandan tamamilə uzaqlaşa bilməzdim, buna görə də sumoya keçdim. Bu idman növünə məni onunla bağlılığı olan dostum Orxan cəlb etdi. Eyni zamanda, mən sumoda həmişə və indi də yalnız Azərbaycan bayrağı altında çıxış etmişəm.

- Yəni sumoya gedən yolunuz hələ Azərbaycanda başlayıb?

- Bəli, məhz belədir. Mən sumoya 2017-ci ildə, 21 yaşım olanda gəlmişəm. O vaxt artıq anlayırdım ki, klassik güləşdə istədiyim zirvələrə çatmaq çətin olacaq. Demək olar ki, dərhal Azərbaycan çempionu oldum, sonra gənclər arasında Avropa çempionatında bürünc medal qazandım. Bir il sonra yenidən ölkə çempionu olaraq böyüklər arasında Avropa çempionatında üçüncü yeri tutdum.

- Kənardan baxanda elə təsir bağışlayır ki, sumoda uğur sizə kifayət qədər asan başa gəlib.

- Bu, aldadıcı təəssüratdır. Ola bilsin ki, Azərbaycanda sumoda rəqabət güləşə nisbətən zəifdir, amma beynəlxalq arenada nəticə əldə etmək heç də asan deyil. Peşəkar yapon sumosunda ümumiyyətlə çəki dərəcələri yoxdur, bu səbəbdən ağır idmançıların aşkar üstünlüyü var.

İdman və ya həvəskar sumoda vəziyyət fərqlidir. Dünya çempionatlarında beş çəki dərəcəsi var, Avropa çempionatlarında isə səkkiz. Bundan əlavə, hər turnirdə mütləq çəki dərəcəsi mövcuddur ki, burada müxtəlif çəkili idmançılar dohyo(əsasən sumo güləşində yarışlarının keçirildiyi xüsusi dairəvi arena – red) üzərində qarşılaşırlar.

Qaydalar sadə görünür, amma icrası son dərəcə çətindir. Ya rəqibi dohyonun hüdudlarından kənara çıxarmalısan, ya da onu ayaqaltıdan başqa bədəninin istənilən hissəsi ilə səthə toxunmağa məcbur etməlisən. Məhz bu qaydaların lakonikliyi sumonu seçməyimdə mühüm rol oynadı.

- Yarış formatından başqa, peşəkar sumo ilə həvəskar sumo arasında hansı fərqlər var?

- Ən başlıcası atmosferdir. Yapon sumosunda sərt iyerarxiya hökm sürür ki, bunu əsl "dedovşina" adlandırmaq olar. Böyüklər kiçiklərə ciddi təzyiq göstərirlər, münasibət bəzən olduqca sərt olur. Yaponiyada yaşlılara hörmət kultunun çox güclü olduğunu nəzərə alsaq, belə mühitə tab gətirmək hər kəsin işi deyil.

- Siz Gürcüstanın Dmanisi rayonundansınız və orada əsas döyüş növü cüdo hesab olunur. Ailəniz əvvəl güləşi, sonra isə sumonu seçməyinizi necə qarşıladı?

- Valideynlərim, əlbəttə ki, əvvəlcə buna qarşı idilər. Güləşlə məşğul olmağımı birtəhər qəbul edirdilər, amma sumoya keçid xüsusilə anam üçün çox çətin oldu. Mənim təxminən 90 kiloqram çəki ilə mütləq çəki dərəcəsində təxminən 200 kiloqram olan idmançıya qarşı çıxmağımı görmək onun üçün şok idi. Amma mən onu məğlub edəndən sonra anam nəhayət seçimimi qəbul etdi və artıq etiraz etmədi (gülür).

- Sizcə, digər valideynlərin də övladlarının sumonu seçməsinə dəstək verməsi üçün nə etmək lazımdır?

- Azərbaycanda bu idman növünün düzgün təbliği və keyfiyyətli piarı lazımdır. Sumo artıq uzun müddətdir Olimpiya Oyunlarının proqramına salınması müzakirə olunan idman növlərindən biridir. O vaxta qədər legionerlər hesabına sürətli nəticə axtarmaqdansa, öz hazırlıqlı idmançılarımızla yetişmək çox yaxşı olardı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər