Bakıda Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq texniki seminar başa çatıb.
İdman.Biz xəbər verir ki, seminara Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı və üçqat dünya çempionu Misato Nakamura, həmçinin Olimpiya mükafatçısı Mariya Çentrakkione rəhbərlik ediblər.
Sessiyalar zamanı iştirakçılar dünya səviyyəli mütəxəssislərin təcrübəsindən yararlanıb, cüdonun texniki və praktiki xüsusiyyətləri üzrə biliklərini təkmilləşdiriblər. Təlimlərdə yerli cüdo mütəxəssisləri də təlimçi qismində iştirak ediblər.
Üç gün davam edən seminar iştirakçıların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına, eyni zamanda beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verib.