top
Səlcan Mahsudova: Dünya rekordu, planlar və MDB Oyunları haqqında İDMAN.BİZ-ə müsahibəsi Idman.biz
25 sentyabr 2025, 11:00
- +

Səlcan Mahsudova: Dünya rekordu, planlar və MDB Oyunları haqqında İDMAN.BİZ-ə müsahibəsi

Azərbaycanın tanınmış batut gimnastı, Paris Olimpiadasının iştirakçısı Səlcan Mahsudova mövsümün payız mərhələsinə uğurlu start verib. İdmançımız qardaşı Maqsud Mahsudovla birlikdə Kotbusda keçirilən Dünya Kubokunda qarışıq cütlüklərin sinxron tullanmalarında qızıl medal qazanıb. Turnir zamanı Səlcan həm də qadınlar arasında üçqat salto icra edərək yeni dünya rekorduna imza atıb.

Hazırda gimnast dünya çempionatına və yaxın günlərdə Gəncədə start götürəcək MDB Oyunlarına hazırlaşır. Səlcan Mahsudova gələcək planları və yarışlar barədə İdman.biz-ə açıqlama verib.

– Mövsümün ikinci yarısına qızıl medalla başladınız. Qardaşınız Məqsudla birlikdə sinxron tullanmada qalib gəldiniz. Yarış sizin üçün nə dərəcədə həyəcanlı idi?

– İlk dəfə idi ki, Dünya Kubokunda birgə çıxış edirdik. Belə nəticə bizi çox sevindirdi. Dövlət himnimizin səslənməsi ilə qürur duyduq. Xüsusilə Məqsudun fərdi çıxışda qazandığı bürünc medal da ayrıca fərəh gətirdi. Bu, onun böyüklər arasında ilk startı idi və nəticə çox ruhlandırıcı oldu.

– Bu, ilin əvvəlindən bəri qarışıq sinxron üzrə üçüncü mükafatınızdır. Demək olarmı ki, artıq bu kateqoriyada özünüzü rahat hiss edirsiniz?

– Rahatam, amma hələ də uyğunlaşıram. Çünki əvvəllər yalnız fərdi çıxış etmişəm, heç vaxt tərəfdaşım olmayıb. Öyrəşmək bir az çətindir, amma üzərində işləyirik. Üstəlik, qarışıq cütlüklərin sinxron tullanmaları bu mövsümdən beynəlxalq təqvimə daxil edilib və bütün yarışlarda medal uğrunda mübarizə gedir.

– Kotbusda üçqat salto icra etməklə dünya rekordu qırdınız. Bu haqda hissləriniz necədir?

– Çox sevinirəm ki, arzuma çatdım və rekorda imza atdım. Dörd dəfə üçqat salto qadınlar üçün çox çətindir. Yarışlarda bunu indiyədək heç kim etməmişdi. Mən risk etdim və bacardım. Amma bu, son deyil. Planlarımızda daha mürəkkəb kombinasiyalar da var!

– Belə nailiyyətə baxmayaraq medal qazana bilməməyiniz sizdə təəssüf doğurmadı?

– Əlbəttə, istərdim ki, bir medal da götürüm. Təəssüf ki, alınmadı. Amma məşqçim həmişə deyir ki, pis nəticəyə köklənmək lazım deyil. Fəndləri təhlil edib səhvlər üzərində işləyəcəyik.

– Dünya çempionatına hazırlıq necə gedir?

– Hazırlıq çox ciddi aparılır. Orada həm fərdi çıxış, həm də qardaşım Məqsudla qarışıq sinxron üzrə mübarizə aparacağam.

– Yeni Olimpiya tsikli və Los-Anceleslə bağlı gözləntiləriniz nələrdir?

– 2027-ci ildə Yay Olimpiya Oyunlarına seçim başlayacaq. Böyük planlarımız var – ölkə üçün 3 lisenziya qazanmaq istəyirik. Şanslarımız mövcuddur. Maksimum nəticə göstərib bu fürsətdən yararlanmağa çalışacağıq və yenidən tarix yazmaq arzusundayıq.

– Qarşıdakı günlərdə Gəncədə III MDB Oyunları başlayır. Komandadan nə gözləyirsiniz?

– İlk dəfədir ki, batut gimnastikası MDB Oyunlarının proqramına salınıb. Dörd növ üzrə yarış olacaq. Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir. Eyni zamanda medal qazanmaq şanslarımız da var. Əlimizdən gələni edəcəyik.

Zəki Feyzullayev

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:48

Qətər millisinin baş məşqçisi Hulen Lopetegi İsveçrə ilə heç-heçə barədə danışdı

Futbol
Bu gün, 04:20

DÇ-2026: Braziliya Mərakeşlə 1:1 hesablı heç-heçə etdi

Futbol
Bu gün, 04:07

DÇ-2026: Braziliya və Mərakeş hesabı 1:1 ilə matçu başa vurub

Futbol
Bu gün, 03:10

DÇ-2026: Braziliya - Mərakeş matçının hesabı 1:1

Futbol
Bu gün, 02:31

Qətər millisi dünya çempionatında ilk xalını qazanıb

Futbol
Bu gün, 01:57

Pepe Mourinyo ilə işləmək barədə danışdı

Futbol
Bu gün, 01:19

İsveçrə DÇ tarixində ilk penaltini vurub

Futbol
Bu gün, 01:11

Dünya Çempionatı: Qətər İsveçrə ilə 1:1 hesablı heç-heçə etdi

Futbol
Bu gün, 01:01

DÇ-2026: İsveçrə-Qətər matçında heç-heçə

Basketbol
Bu gün, 00:38

NBA ulduzu Ceyms Harden Texas ştatında həbs olunub

Futbol
Bu gün, 00:18

Türkiyə millisinin baş məşqçisi Avstraliya ilə görüş barədə danışıb

Futbol
Dünən, 23:57

Roberto Mançini “Əl Sədd”dən ayrıldı

Futbol
Dünən, 23:57

Roberto Mançini “Əl Sədd”dən ayrılıb

Futbol
Dünən, 23:27

Polislər DÇ-2026 maskotları kimi geyinərək şübhəlini tutublar

Futbol
Dünən, 23:12

Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi olaraq qalır

Futbol
Dünən, 23:00

Qətər İsveçrə ilə qarşılaşır: DÇ-2026 B qrupu matçı

Futbol
Dünən, 22:45

Braziliya Prezidenti mundialdan əvvəl milliyə müraciət edib

Digər
Dünən, 22:25

Şamaxı FK-da məşqçi heyəti bəlli oldu

Güləş
Dünən, 21:55

Olimpiya çempionu Toğrul Əsgərovun toy mərasimi keçirildi

Futbol
Dünən, 21:41

Mançester Yunayted “Lill”in hücumçusu ilə maraqlanır

Formula 1
Dünən, 21:26

Fernando Alonso: “Hazırda ən pis maşın və ən pis mühərrik bizdədir”

Güləş
Dünən, 21:25

Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazandı

Futbol
Dünən, 21:11

Martín Anselminin “Elçe”yə baş məşqçi təyin edilməsi

Futbol
Dünən, 20:55

Alvaro Arbeloa “Fulhem”in baş məşqçisi olmağa yaxındır

Oxşar xəbərlər