top
Marian Kolevdən yığma komandanın dünya çempionatına hazırlıq planları haqqında Idman.biz
26 yanvar 2026, 11:42
- +

Marian Kolevdən yığma komandanın dünya çempionatına hazırlıq planları haqqında

Ötən ili Azərbaycan aerobikası üçün əsl sıçrayış ili adlandırmaq olar. Gəncə Avropa çempionatına ev sahibliyi etdi və bu yarışda qarışıq cütlük – Vladimir Dolmatov və Mədinə Mustafayeva qızıl medal qazandı. Elə həmin duet Ümumdünya Oyunlarında gümüş mükafata sahib çıxdı, eyni zamanda Dünya Kubokunun mərhələlərində də fərqləndi.

Yeni mövsümdə komandanı nə gözləyir? Qarşıda hansı vəzifələr dayanır?

Bu suallar ətrafında İdman.Biz-ə aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolevlə həmsöhbət olub.

"Biz artıq hazırlıqlara başlamışıq. Qarışıq cütlük üçün proqramı dəyişirik, ötən il demək olar ki, bütün yarışlarda çıxış etdikləri kompozisiyaları yeniləyirik.

Əsas məqsədimiz sentyabr ayında Pamplonada keçiriləcək dünya çempionatıdır. Eyni zamanda sinyor üçlüyü də yeni proqramın nəzarət məşqlərini həyata keçirir. Ümid edirik ki, məşqlər həm tamaşaçıların, həm də hakimlərin xoşuna gələcək", – deyə mütəxəssis bildirib.

Bolqarıstanlı mütəxəssis əlavə edib ki, bu mövsüm yarışların sayına görə əvvəlkindən bir qədər fərqlənəcək.

"Aerobikada dünya və Avropa çempionatları iki ildən bir, növbəli şəkildə keçirilir. Keçən il əsas hadisə qitə çempionatı idi, bu il isə bütün diqqət mundiala yönələcək. Hazırlıq çərçivəsində iki Dünya Kubokunda iştirak edəcəyik. Onlardan biri mart ayının sonunda Portuqaliyanın Kantenyede şəhərində keçiriləcək, ikinci mərhələ isə aprelin ortalarında Tokioda baş tutacaq. Yeri gəlmişkən, ötən il Dolmatov və Mustafayeva hər iki turnirdə fərqlənmiş, Portuqaliyada qızıl, Yaponiyada isə gümüş medal qazanmışdılar. Təqvimə Dünya Kubokunun daha bir mərhələsinin salınması da istisna olunmur. Hələlik rəsmi məlumat yoxdur, lakin Beynəlxalq Federasiyadan xəbərlər gözləyirik", – deyə M. Kolev vurğulayıb.

Baş məşqçinin sözlərinə görə, gənc yaş qruplarında çıxış edən aerobika ustalarını da iri yarışlar gözləyir.

"Biz sinyorlar arasında (Aerobika ilə məşğul olan və yaşı 40-50 yaş və yuxarı olan iştirakçıların turniri – red) keçiriləcək dünya çempionatından əvvəl Pamplonada baş tutacaq gənclər arasında dünya çempionatında iştirak edəcək yeniyetmələrdən ibarət komanda formalaşdırırıq. Yeniyetmələr artıq evdə keçirilən Avropa çempionatında beynəlxalq təcrübə qazanıblar. Ona görə də hər şey qaydasındadır, plana uyğun məşq edirik və mövsümün ilk startlarını səbirsizliklə gözləyirik", - deyə M. Kolev fikrini yekunlaşdırıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

FİFA klublara 350 milyon dollar ödəniş edəcək

Futbol
Bu gün, 08:12

Mark van Bommel Belçika millisinə baş məşqçi təyin olunacaq

Futbol
Bu gün, 08:00

Donald Tramp İnfantinonun BMT baş katibi olmasını istəyir

Futbol
Bu gün, 07:14

"Marsel" Memfis Depayın transferi ilə maraqlanır

Futbol
Bu gün, 06:10

Luka Modriçin Xorvatiya millisindən ayrılma vaxtı belli oldu

Boks
Bu gün, 05:15

Aleksandr Usik vida döyüşünün vaxtını açıqlayıb

Futbol
Bu gün, 04:17

Real Madrid Rodri ilə bağlı mövqeyini dəyişib

Futbol
Bu gün, 03:13

FİFA prezidenti Canni İnfantino Argentina millisinə təşəkkür edib

Futbol
Bu gün, 02:11

Dieqo Simeone Argentina millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 01:46

Çelsi Morqan Rocerslə müqavilə imzaladı

Futbol
Bu gün, 01:25

Skaloni: İspaniya daha yaxşı idi, bu səbəbdən biz uduzduq

Futbol
Bu gün, 01:05

Azərbaycan klubları Avropa yarışlarında yeni rekord qeydə alıb

Futbol
Bu gün, 00:44

Aleks Ferqyuson Kevin Kiqanin xatirəsinə hörmət bikini

Qarabağ FK
Bu gün, 00:30

Mario Lemina daha 2 il Qalatasarayda

Futbol
Bu gün, 00:24

Fransız keçmiş futbolçu Deşamı tənqid edib

Futbol
Dünən, 23:54

Tramp DÇ-2026-da təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirdi

Basketbol
Dünən, 23:24

20 yaşlı amerikalı qadın basketbolçu avtomobil qəzasında həlak olub

Futbol
Dünən, 23:09

"Lex" "Orhus"u darmadağın edib

Futbol
Dünən, 22:57

Serjiu Konseysau Belçika millisinin baş məşqçisi vəzifəsinə namizəddir

Futbol
Dünən, 22:41

Valdas Dambrauskas: “Qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam”

Futbol
Dünən, 22:27

Nikolas Otamendi Argentina milli komandasından ayrıldı

Futbol
Dünən, 22:25

Turan Tovuz Akademiyası futbolçular seçimi keçirəcək

Futbol
Dünən, 22:12

Luka Modriç “Milan”la yeni müqaviləni imzalayıb

Futbol
Dünən, 21:58

Sabah" UEFA Çempionlar Liqasında "KuPS"a qalib gəlib

Oxşar xəbərlər