top
Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib Sport24.az
05 dekabr 2025, 14:20
- +

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib. Sport24.az AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

 

Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

 

Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AQF-nin baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində qurumun fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.

 

Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək B.Qasımovu yenidən AQF prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:53

„Kəpəz“ futbol klubu heyətini yeni legionerlə gücləndirir

Futbol
Bu gün, 10:40

Neftçi qadın futbolçuları UEFA Çempionlar Liqasında Buduçnost ile qarşılaşır

Futbol
Bu gün, 10:20

FİFA Rusiya klublarına transfer qadağası tətbiq edə bilər

Futbol
Bu gün, 10:08

“Neftçi” qadın komandası “Buduçnost”la matça çıxır

Futbol
Bu gün, 09:53

Lionel Messi DÇ-2026-nın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 09:40

Yuventus Coşua Zirkzeenin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 09:23

Neftçi Dinamo Minsk ilə görüşə hazırlaşır

Futbol
Bu gün, 09:20

RFEF payızda Luis de la Fuente ilə danışıqlara başlayacaq

Qarabağ FK
Bu gün, 09:08

Roma Aksel Disasi ilə güclənməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 09:00

Qarabağın rəqibi çoxağır cəza aldı

Futbol
Bu gün, 08:40

Neftçi avrokuboklarda „Dinamo“ya qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 08:20

FİFA klublara 350 milyon dollar ödəniş edəcək

Futbol
Bu gün, 08:12

Mark van Bommel Belçika millisinə baş məşqçi təyin olunacaq

Futbol
Bu gün, 08:00

Donald Tramp İnfantinonun BMT baş katibi olmasını istəyir

Futbol
Bu gün, 07:14

"Marsel" Memfis Depayın transferi ilə maraqlanır

Futbol
Bu gün, 06:10

Luka Modriçin Xorvatiya millisindən ayrılma vaxtı belli oldu

Boks
Bu gün, 05:15

Aleksandr Usik vida döyüşünün vaxtını açıqlayıb

Futbol
Bu gün, 04:17

Real Madrid Rodri ilə bağlı mövqeyini dəyişib

Futbol
Bu gün, 03:13

FİFA prezidenti Canni İnfantino Argentina millisinə təşəkkür edib

Futbol
Bu gün, 02:11

Dieqo Simeone Argentina millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 01:46

Çelsi Morqan Rocerslə müqavilə imzaladı

Futbol
Bu gün, 01:25

Skaloni: İspaniya daha yaxşı idi, bu səbəbdən biz uduzduq

Futbol
Bu gün, 01:05

Azərbaycan klubları Avropa yarışlarında yeni rekord qeydə alıb

Futbol
Bu gün, 00:44

Aleks Ferqyuson Kevin Kiqanin xatirəsinə hörmət bikini

Oxşar xəbərlər