top
Yevgeni Kukseviç: Gürcüstanla oyundan gələcəkdə fayda görəcəyik Idman.biz
09 aprel 2026, 20:59
- ↺ +

Yevgeni Kukseviç: Gürcüstanla oyundan gələcəkdə fayda görəcəyik

Azərbaycanın futzal millisi Gürcüstanla keçirdiyi yoldaşlıq oyununun xeyrini gələcəkdə görəcək.

İdman.Biz xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Yevgeni Kukseviç sözügedən matçdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis millinin məğlub olduğu görüşü dəyərləndirib: "Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq. Görüş ərzində əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından "axsadıq". Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik".

Baş məşqçi qarşılaşma ərzində gənc oyunçulara şans verdiklərini bildirib: "Bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər".

Qeyd edək ki, Gürcüstan - Azərbaycan oyunu rəqib komandanın 4:2 hesablı qələbəsi ilə bitib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər