top
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır: Rəqiblər, favoritlər və gözləntilər - İDMAN.BİZ-in İCMALI Idman.biz
28 may 2026, 11:19
- +

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır: Rəqiblər, favoritlər və gözləntilər - İDMAN.BİZ-in İCMALI

Bu gün, mayın 28-də Slovakiyanın Bratislava şəhərində minifutbol üzrə Azərbaycan millisi dünya çempionu statusunda Avropa çempionluğu uğrunda mübarizəyə başlayacaq.

İdman.Biz xatırladır ki, komandamız daha əvvəl də qitə birinciliyinin qalibi olub. Yığmamız 2022-ci ildə, yenə Slovakiyada keçirilən turnirdə Avropa çempionu adına sahib çıxıb. Lakin sonuncu – iki ildən bir təşkil olunan AVRO-2024-də milli yalnız beşinci yeri tutub. Buna baxmayaraq, dünya çempionatındakı uğurdan sonra azarkeşlərin komandamızdan gözləntiləri olduqca yüksəkdir.

Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq. Bu rəqiblərin heç biri yığmamız üçün ciddi təhlükə təsiri bağışlamır.

Millimizin bu gün üz-üzə gələcəyi Avstriya komandası Avropa Minifutbol Federasiyasının (EMF) reytinqində 30 komanda arasında 24-cü pillədə qərarlaşıb. Komanda AVRO-2024-də iştirak etməyib və həmin ildən sonra "yenilənmə" dövrünə qədəm qoyub. İtaliyanın da ciddi təhlükə yaradacağı gözlənilmir. Bu komanda Avropa reytinqində 16-cı sıradadır.

Fransa isə daha uğurlu nəticələri ilə seçilir. Bu yığma son Avropa çempionatında ilk "dördlüy"ə daxil olub və Azərbaycanı bir pillə qabaqlayıb. Hazırda fransızlar EMF reytinqində 6-cı, Dünya Mini Futbol Federasiyası (World Minifootball Federation/WMF) isə 9-cu yerdədirlər. Bununla belə, Azərbaycan millisi 2024-cü ildə keçirilən Avropa çempionatında Fransanı 3:1 hesabı ilə məğlub edib.

Turnirin əsas favoritləri sırasında Azərbaycandan başqa Serbiya və Rumıniya da göstərilir. Hər iki komanda dünya və Avropa reytinqlərinin ilk "üçlüy"ündə yer alır:

WMF reytinqi:

Azərbaycan – 1-ci yer,

Serbiya – 2-ci yer,

Rumıniya – 3-cü yer;

EMF reytinqi:

Rumıniya – 1-ci yer,

Azərbaycan – 2-ci yer,

Serbiya – 3-cü yer.

Serbiya hazırkı Avropa çempionudur. Rumıniya isə qitənin ən titullu komandası hesab olunur. Rumınlar turnirin hər il keçirildiyi 2010-2015-ci illərdə ardıcıl altı dəfə Avropa çempionu olublar. Son üç AVRO-da isə gümüş medallarla kifayətləniblər.

2025-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan Macarıstanı, eləcə də Avropanın ilk "beşliy"ində qərarlaşan Qazaxıstan və Bolqarıstanı da qeyd etmək lazımdır.

Böyük ehtimalla, Azərbaycan millisi növbəti titul və Slovakiyadakı triumfun təkrarı uğrunda məhz bu komandalarla mübarizə aparacaq.

Xatırladaq ki, turnir iyunun 4-dək davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 13:28

Gəncə basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu heyətinə cəlb etdi

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞlı hücumçu Nik Ellinqtonu heyətinə qatdı

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu heyətinə qatıb

Basketbol
Dünən, 13:28

Gəncə basketbol klubu ABŞlı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu komandaya cəlb edib

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu Nik Ellinqtonu heyətinə qatıb

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq səbəbilə iki il diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq səbəbilə diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçümüz iki il müddətinə dopinq üzrə diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə dopinq səbəbindən iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il müddətinə dopinq üçün diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Baba Abbaszadə furosemid istifadəsi üçün iki il müddətinə diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq səbəbindən iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə iki il dopinq səbəbindən diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçümüz Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Baba Abbaszadənin dopinq pozuntusu səbəbindən iki il müddətinə diskvalifikasiya olunması

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq qadağası alıb

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq üçün diskvalifikasiya edildi

Futbol
Dünən, 11:00

“Gəncəbasar” Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar “Kəpəz”li Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar Nihat Fərəcini bir illik müqavilə ilə transfer etdi

Oxşar xəbərlər