top
Ağatahir Əzimov: Futzalımızda gənclər istedadlıdır, sadəcə zamana ehtiyac var Idman.biz
Dünən, 17:49
- +

Ağatahir Əzimov: Futzalımızda gənclər istedadlıdır, sadəcə zamana ehtiyac var

"Hazırda futzalımız Danimarka kimi komandalarla müqayisədə zəifdir. Gənclərimiz istedadlıdır, sadəcə zamana ehtiyac var".

Bu sözləri Azərbaycan Futzal Federasiyasının seleksiya üzrə məşqçisi Ağatahir Əzimov millinin Danimarka yığması ilə keçirdiyi yoldaşlıq oyunlarını və komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.

O bildirib ki, hazırda milli komandada vəziyyət bir qədər çətindir.

"Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Cəmi bir-iki təcrübəli oyunçumuz var, qalanları isə gənclərdir. Braziliyalı futzalçılar getdikdən və onlara icazə verilmədikdən sonra, yerinə yeni legionerlər də gəlmədiyi üçün əsasən yerli gənclərlə yolumuza davam edirik. Bu səbəbdən orta nəsil demək olar ki, qalmayıb", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, əvvəlki dövrlərdə azərbaycanlı futzalçılar kifayət qədər oyun təcrübəsi qazana bilmədikləri üçün bu gün gənclər birbaşa əsas milliyə gəlirlər:

"Joze Alesionun dövründə yerli futbolçular az oynayırdı və inkişaf edə bilmirdilər. İndi isə U-19-dan gələn uşaqlar birbaşa əsas milliyə cəlb olunurlar. Onlar istedadlıdırlar, amma hələ çox gənc və təcrübəsizdirlər. Potensial kifayət qədər güclüdür, lakin bu proses asan deyil. Xüsusilə Danimarka kimi komandalarla oyunlar həmişə çətin keçir. Evdəki matçda uduzub, səfərdəki görüşdə qalib gəldik. Danimarka kimi komandalarla müqayisədə hazırda futzalımız zəifdir və gələcək oyunlarda daha güclü rəqiblərlə qarşılaşmaq çox çətin olacaq".

Ağatahir Əzimov futzalın inkişafı üçün uşaq futbol məktəblərinin rolunu xüsusi vurğulayıb: "Uşaq məktəblərində düzgün iş aparsaq, bir neçə ildən sonra daha şüurlu və keyfiyyətli oyunçular yetişdirə bilərik. Bunun üçün sponsorların dəstəyi də vacibdir. Bölgələrdə uşaq məktəbləri açılmalıdır. Hazırda əsasən Bakıda oynayan uşaqları yığmaya çağırırıq. Çünki çempionat faktiki olaraq Bakı birinciliyi kimidir. Digər bölgələrdə komandalar demək olar ki, yoxdur".

Seleksiya üzrə məşqçi ölkə çempionatındakı vəziyyətə də toxunub:

"Neftçi" bir qədər güclənib, yaxşı legionerlər gətirilib, azərbaycanlı gənclər də cəlb olunub. Hazırda çempionluq uğrunda mübarizə aparırlar. "Araz-Naxçıvan"la keçirdikləri qarşılaşmalardan birində qalib gəliblər, digərində uduzublar. Naxçıvan klubunda hazırda 7-8 legioner var, qalanlar isə gənc, təxminən 20 yaşında olan azərbaycanlı oyunçulardır. Qapıçılardan təcrübəli Rövşən Hüseynli və Emin Kürdov var. Amma təəssüf ki, digər oyunlar maraqsız keçir, çünki rəqabət zəifdir".

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, bundan iki gün sonra baş tutan matçda isə Azərbaycan seçməsi 4:2 hesabı ilə qalib gəlib.

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 01:12

Adesanya Ağ Evdə döyüşmək istəyir, amma siyasətçilər üçün yox

Futbol
Bu gün, 00:52

Mourinyo Arbeloanın "Real Madrid"in baş məşqçisi təyin olunması ilə bağlı danışıb

Digər
Bu gün, 00:34

Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalı açılıb

Digər
Bu gün, 00:19

Test

Futbol
Bu gün, 00:15

"Qarabağ"ın "Enfild Roud"dakı məşqi və "Liverpul" ilə qarşılaşmağa hazırlığı

Futbol
Dünən, 23:59

Marko Yankoviçin "Liverpul"la matçdan gözləntiləri: Uğurlu nəticəyə ümid

Futbol
Dünən, 23:44

"Şəfa" FK futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Futbol
Dünən, 23:39

Onana "Mançester Yunayted"i tərk edə bilər, "İnter"ə qayıdış variantı müzakirə edilir

Futbol
Dünən, 23:23

Qurban Qurbanov "Liverpul" matçı öncəsi komandasının yaxşı oyun sərgiləyəcəyinə ümid edir

Futbol
Dünən, 23:17

Marko Yankoviç "Liverpul" matçı barədə: "Uğurlu nəticəyə ümid edirik"

Futbol
Dünən, 23:13

Qurban Qurbanov "Liverpul" matçı öncəsi: "Futbolçularımın ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanıram"

Boks
Dünən, 23:08

Rafael Fiziyev Ruffinin titulu uğrunda döyüşəcək

Futbol
Dünən, 22:53

"Aston Villa" Temmi Abrahamı transfer etdi

Futbol
Dünən, 22:50

Livakoviç yenidən "Dinamo"da!

Digər
Dünən, 22:23

Çingiz Səmədov sumo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb

Futbol
Dünən, 22:20

Temmi Abraham "Aston Villa"da - RƏSMİ

Futbol
Dünən, 22:09

Daniel Maldini "Atalanta"dan "Latsio"ya keçdi

Futbol
Dünən, 21:56

"Barselona" "Genk"dən gənc belçikalı müdafiəçi transfer edir

Futbol
Dünən, 21:54

Arne Slot: "Qarabağ asanlıqla məğlub ediləcək rəqib deyil."

Futbol
Dünən, 21:41

"Atletiko Madrid" Qoretska transferi üçün "Bavariya" ilə danışıqlar aparır

Futbol
Dünən, 21:27

"Liverpul" "Qarabağ" oyunu öncəsi son məşqini tamamladı

Futbol
Dünən, 21:26

"Liverpul" "Qarabağ"la oyuna iki müdafiəçisiz çıxacaq

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib, qadınlarda isə qaliblər bəlli olub - YENİLƏNİB + FOTO

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Oxşar xəbərlər