"Sabah" klubundan ayrılan Vinsent Till karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçi Azərbaycanda qalacaq.
O, "Zirə" ilə anlaşıb və hər hansı problem çıxmasa, komandanın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, lüksemburqlu oyunçu 2023-cü ildən "Sabah"da çıxış edib.
İdman.biz