"Zirə" klubu futbolçusu Salifu Suma üçün Türkiyənin "Konyaspor" klubunun təklifini rədd edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "qartallar" Super Liqa təmsilçisinin 800 min avroluq təklifini geri çevirib.
Oyunçunun Ukraynanın "Dinamo" klubuna keçəcəyi gözlənilir. Tərəflər arasında danışıqlar davam edir. Kiyev təmsilçisinin Çempionlar Liqasında mübarizə aparması oyunçunun seçimində aparıcı rol oynayır.
Qeyd edək ki, Salifu Suma 2023-cü ildən "Zirə"də çıxış edir.