"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, Gəncə təmsilçisi müqaviləsi başa çatan kapitanı ilə yollarını ayırıb.
Belaruslu müdafiəçi artıq "Kəpəz"i tərk edib.
O, son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Xvalkonun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.
İdman.biz