"Zenit"in hücumçusu Luis Enrike karyerasını "Əl-İttihad"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Əl-İttihad" rəsmiləri hazırda Anis Hac-Mussanın transferi üzərində çalışır.
Əgər "Feyenoord"la tezliklə razılıq əldə olunmazsa, "Əl-İttihad" diqqətini "Zenit"in oyunçusu Luis Enrikeyə yönəldəcək. Səudiyyə Ərəbistanı klubu artıq danışıqlara başlamaq üçün ilkin addımlar atıb.
Qeyd edək ki, Enrike bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir.