Julian Nagelsmann istefaya göndəriləcəyi halda Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Almaniya milli komandasında işləmək 59 yaşlı alman mütəxəssisin məşqçiliyə qayıdacağı iki vakant vəzifədən biridir. Digər belə layihə isə "Real"dır.
Qeyd edək ki, Nagelsmann 2023-cü ildən Almaniya millisinin baş məşqçisidir. 2025-ci ilin yanvarında Almaniya Futbol Assosiasiyası onun müqaviləsini 2028-ci ilin iyul ayına qədər uzadıb.