top
Vüsal İsgəndərli Partizani - Tirana derbisində qol vurdu, avrokuboklara vəsiqə hədəflənir Idman.biz
16 fevral 2026, 17:49
- ↺ +

Vüsal İsgəndərli "Partizani" - "Tirana" derbisində qol vurdu, avrokuboklara vəsiqə hədəflənir

"Maraqlı oyun oldu".

Bu sözləri Albaniyanın "Partizani" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.

30 yaşlı hücumçu komandasının Super Liqanın 24-cü turunda "Tirana"ya qarşı keçirdiyi oyun haqqında danışıb.

"Derbinin belə olacağını bilirdik. İlk hissədə biz nə qədər üstün idiksə, ikinci hissədə rəqib də o qədər üstün oldu. Komanda transferlərdən və yeni idman direktorundan sonra xeyli toparlanıb. İnşallah, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır", - deyə o, offsideplus.az-a açıqlamasında deyib.

Matçın 37-ci dəqiqəsində adını tabloya yazdıran İsgəndərli bildirib ki, bu qol onun üçün gözlənilən idi:

"Qol vuracağıma çox inanırdım. Hətta ilk qolum çox baxımlı alınmışdı, amma oyundankənar vəziyyətə görə VAR tərəfindən ləğv olundu. Oyunun gedişində yenə də qol vuracağımı hiss edirdim.

Bu epizodun oxşarı məşqlərdə də dəfələrlə olmuşdu. Biz həmişə deyirik ki, kimin qol vurmasından asılı olmayaraq, ən önəmlisi 3 xaldır. Bu qələbədə də komandanın hər bir üzvünün 3 xal üçün nə qədər istəkli olduğu açıq şəkildə göründü".

Qeyd edək ki, oyun İsgəndərlinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 33 xalı olan "Partizani" turnir cədvəlində 5-ci pillədədir.

12:24

Albaniyanın "Partizani" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli çempionatın 24-cı turunda keçirilən oyunda qol vurub.

İdman.Biz xəbər verir ki, "Partizani" doğma meydanda "Tirana"nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaya start heyətdə başlayan Vüsal İsgəndərli 37-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasının üstünlüyünü artırıb. Azərbaycanlı futbolçu görüşdə 72-ci dəqiqəyə qədər meydanda olub.

Qeyd edək ki, bu qələbədən sonra "Partizani" 30 xal toplayaraq Albaniya çempionatının turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmləndirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər