İspaniya La Liqası təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.
"Report" xəbər verir ki, bu barədə "sarı sualtı qayıqlar"ın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.