top
Vasili Berezutski: Bu, həm həyəcanverici, həm də maraqlıdır Idman.biz
21 may 2025, 12:07
- +

Vasili Berezutski: "Bu, həm həyəcanverici, həm də maraqlıdır"

"Sabah"ın rusiyalı baş məşqçisi Vasili Berezutski Moskvada ÇSKA-nın UEFA Kubokunda qələbəsinin 20-ci ildönümünə həsr olunmuş matç barədə fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında təəssüratlarının çox müsbət olduğunu bildirib.

Baş məşqçi hər şeyin çox peşəkar və maraqlı təşkil olunduğunu deyib: "Belə oyunların keçirilməsi çox maraqlıdır. Çünki azarkeşlərlə görüşürsən, yəni onlarla bir araya gəlirsən və onlara 20 il əvvəlki qələbəni xatırladırsan. Üstəlik, həmin oyunda iştirak etmiş məşqçilərlə, futbolçularla da görüşürsən, bəzi anları birlikdə xatırlayırsınız. Bu, həm həyəcanverici, həm də maraqlıdır. Ən əsası isə bu elə bil məzunların görüşüdür – sən görürsən ki, futbolçular bu illər ərzində necə dəyişiblər. Səmimi desəm, həmin komandanı xatırlayanda, deyə bilərəm ki, onlar həm əla insan olmaqla yanaşı, həm də əsl idmançıdırlar. Onlara Rusiya futbolu tarixində ilk dəfə avrokubok qazanmaq nəsib oldu. Ona görə təəssüratlarım çox müsbətdir. Yeganə mənfi cəhət odur ki, zədə aldım. Amma hazırda hər şey qaydasındadır".

Qeyd edək ki, ÇSKA əfsanələri Moskvada təşkil olunan görüşdə Avropa klublarının veteran futbolçularından ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma Rusiya klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 00:02

Azərbaycan millisi Gümüş Avropa Liqasında Farer adalarını məğlub edib

Futbol
Bu gün, 00:02

"Flamenqo" "Çelsi"ni darmadağın etdi və qrup liderliyinə yüksəldi - VİDEO

Voleybol
Dünən, 23:47

Azərbaycan millisi Farer adalarına qalib gəlib

Futbol
Dünən, 23:12

Florian Virts "Liverpul"a transfer oldu: "Bundesliqanı tərk edib Premyer Liqaya keçmək arzum idi"

Futbol
Dünən, 22:43

"Araz-Naxçıvan"ın rəqibi "Aris" Yunanıstan millisinin hücumçusunu transfer etdi

Futbol
Dünən, 22:25

Ruslan Litvinov "Beşiktaş"ın maraq dairəsindədir

Futbol
Dünən, 22:17

Florian Virts rəsmən "Liverpul"un oyunçusu oldu

Boks
Dünən, 22:07

UFC Fight Night turnirinə görə Bakı metrosu gecə saat 02:00-dək işləyəcək

Futbol
Dünən, 21:56

"Araz-Naxçıvan"ın rəqibi "Aris" belçikalı müdafiəçini transfer etdi

Cüdo
Dünən, 21:50

Hidayət Heydərov IJF Atletlər Komissiyasına üzv seçilib

Futbol
Dünən, 21:26

Elçin Məsiyev U-21 Avropa Çempionatında Almaniya-İtaliya oyununa təyin edilib

Boks
Dünən, 21:26

Bakıda daha bir UFC turniri keçirilə bilər

Futbol
Dünən, 21:01

"Sabah"ın yay hazırlıq planı: Avstriya toplanışı və yoxlama oyunları

Futbol
Dünən, 20:57

Florian Virtz "Liverpul"a transferi öncəsi tibbi müayinədən keçdi

Futbol
Dünən, 20:54

"Sabah"ın Yay Hazırlıq Planı: Rumıniya və Macarıstan Klubları ilə Yoxlama Oyunları

Futbol
Dünən, 20:42

"Araz-Naxçıvan"ın rəqibi "Aris" Yunanıstan millisinin üzvünü transfer etdi

Basketbol
Dünən, 20:29

Kevin Durant PSJ-də səhm əldə edib

Futbol
Dünən, 20:27

"Barselona" Xoan Qarsiya ilə 2031-ci ilə qədər müqavilə imzalayıb

Futbol
Dünən, 20:19

"Qarabağ" Pedro Bikalyo ilə müqavilə imzalayıb

Futbol
Dünən, 20:08

"Qarabağ" Pedro Bikalyonu transfer edib

Futbol
Dünən, 20:01

"Qarabağ" Pedro Bikalyonu transfer etdi

Futbol
Dünən, 19:58

Messi Ronaldo ilə münasibətləri barədə danışdı: "Dost deyilik, hörmət edirik"

Boks
Dünən, 19:41

Tofiq Musayev: Döyüşün təxirə salınmasına imkan verməzdim, çünki bu, ölkəm üçün tarixi bir turnirdir

Futbol
Dünən, 19:37

Elçin Məsiyev Avropa Çempionatında Almaniya - İtaliya oyununa təyinat alıb

Oxşar xəbərlər