"Kəpəz" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. 33 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Urfan Abbasov son olaraq "Araz-Naxçıvan"da çıxış edib. Təcrübəli müdafiəçi ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb.