Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.
Elvin cəzalı durumda, Rahil isə zədəlidir. Mustafa Əhmədzadə isə baş məşqçi Fernandu Santuşun qərarı ilə heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin qonağı olacaq. Noyabrın 19-da, "Strouberri Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.