"Barselona"nın prezidenti Joan Laporta Azərbaycana səfəri çərçivəsində klubun ölkəmizdəki "Penya Barcelonista Baku" fanklubunun qonağı olub.
İdman.biz xəbər verir ki, görüşdə qonağa fanklubun faəliyyəti barədə məlumat verilib.
"Penya Barcelonista Baku"nun əldə etdiyi uğurlar Laportanın diqqətinə çatdırılıb. "Barselona"nın prezidenti Azərbaycanda fanklubun fəaliyyət göstərməsindən məmnun olduğunu bildirib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə o, azarkeş qrupunun Azərbaycandakı rəmzi bayrağını imzalayıb, onlara uğurlar arzulayıb.
İdman.biz