"Azərbaycanla oynayacağımız bu iki oyun çox kritik önəm daşıyır".
İdman.biz xəbər verir ki, bunu qadınlarda ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kıragası deyib.
Rəqib komandanın çalışdırıcısı AVRO-2025-in seçmə mərhələsinin B liqasında yığmamızla keçiriləcək oyunları dəyərləndirib. O, 2 qələbə sayəsində pley-offa yüksələ biləcəklərini bildirib: "Azərbaycanla oyunlara yüksək səviyyədə hazırlaşmışıq. Seçmə mərhələsinə İsveçrə məğlubiyyəti ilə başlasaq da, Macarıstanı məğlub edə bildik. İndi Azərbaycanla qarşılaşmalar xəyallarımızın gerçəkləşməsi baxımından böyük önəm kəsb edir. Burada qazanacağımız qələbə sayəsində Bakıya yüksək əhval ruhiyyədə yollanmaq istəyirik. Oradan qələbə ilə dönmək istəyirik. Nəticədə pley-off hədəfinə çata bilərik".
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan yığmaları arasında ilk oyun bu gün Erzincanda olacaq. Komandalar iyunun 4-də Bakıda üz-üzə gələcəklər.
İdman.biz