top
Tahir Süleymanov: Qarabağ - Nyukasl oyununun hakimi ÇL pley-off səviyyəsində deyildi, penalti epizodu suallar doğurur Idman.biz
19 fevral 2026, 12:58
- ↺ +

Tahir Süleymanov: "Qarabağ" - "Nyukasl" oyununun hakimi ÇL pley-off səviyyəsində deyildi, penalti epizodu suallar doğurur

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la "Nyukasl" arasında keçirilən oyun təkcə Azərbaycan təmsilçisinin 1:6 hesablı ağır məğlubiyyəti ilə deyil, həm də mübahisəli hakim qərarları ilə yadda qaldı.

"Qarabağ" azarkeşlərini xüsusilə meydan sahiblərinin qapısına təyin olunan ilk penalti epizodu narazı salıb: top həmin anda artıq qazonda olan Mateus Silvanın dayaq əlindən dəyib.

Norveçli baş hakim Espen Eskasın qərarı nə dərəcədə əsaslı idi?

İdman.Biz bu sualla keçmiş FIFA referisi, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova müraciət edib.

"İlk növbədə deyim ki, bu norveçli referinin kvalifikasiyası ümumiyyətlə Çempionlar Liqasının pley-off mərhələsinin səviyyəsinə uyğun deyildi. Baxın, oyunda neçə epizodu yalnız ingilis komandasının xeyrinə şərh etdi! Burada məsələ hətta qərəzdə də deyil - onun səviyyəsi həqiqətən arzuolunan deyil.

Bunun bariz nümunəsi ilk penalti epizodudur. Eskas qayda pozuntusunu dərhal qeydə almadı, qərarı yalnız VAR müdaxiləsindən sonra verdi. Faktiki olaraq 11 metrlik cərimə zərbəsini videoassistentlər təyin etdi, baş hakim isə hadisələrin mərkəzində olsa da, sadəcə onlarla razılaşdı.

Hətta bu penalti verilməsəydi belə, ümumi mənzərə dəyişməyəcəkdi: "Nyukasl" yenə də böyük hesabla qalib gələcəkdi - 6:1 yox, 5:1. Amma epizodun şərhi suallar doğurur. Beynəlxalq qaydalarda kifayət qədər uyğunsuzluqlar var, lakin əminəm ki, heç bir ciddi mütəxəssis bu penaltini yüzfaizlik adlandırmaz", - deyə Tahir Süleymanov bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Oxşar xəbərlər