top
Sərxan Ağayevdən U-20 yığması, Rui Jorje və milliləşdirmə ilə bağlı Açıqlamalar Sport24.az
16 mart 2026, 15:24
- +

Sərxan Ağayevdən U-20 yığması, Rui Jorje və milliləşdirmə ilə bağlı Açıqlamalar

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Ağayev U-20 milli komandasının baş məşqçisi Rui Jorjenin mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, federasiya rəsmisi portuqaliyalı mütəxəssisin təyinatı barədə fikirlərini bildirib:

 

- 2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək. Rui Jorjenin iki köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaqlar. Hər ikisi portuqaliyalıdır. Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq. Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı haqda məlumat veriləcək.

 

- Rui Jorjenin qarşısına hansı məqsədlər qoymusuz? Maaşının 500 min avro olması doğrudur?

- Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq.

 

- Baş məşqçi postu üçün başqa namizədlər var idi?

- Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi və bir neçə namizəd üzərində məsələyə baxıldı. Jorjenin namizədliyi təsdiqlənəndə, iclasdan sonra hüquqi proseslər yerinə yetirildi. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Təyinat olanda ən əsas məqam təcrübə idi. Rui Jorjenin böyük təcrübəyə malik olması... Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü.

 

- Baş məşqçinin qarşısına əsas hansı hədəf qoyulub? Dünya çempionatında uğurlu çıxış, yoxsa əsas milliyə gələcək üçün futbolçu vermək?

- İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir.

 

- Dünya çempionatının açılış oyunu nə vaxt keçiriləcək? Bakıda olacaq?

- Hələ danışıqlar gedir. Biz və FİFA, Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Sentyabrdan oktyabra qədər keçirilməlidir, turnir 21-23 günlük olmalıdır.

 

- Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtı ilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi..

- Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycan əsilli olsun ya da valideyinlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-i milliləşdirilmiş olmayacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:13

Elmar Baxşıyev: Yarımfinalda iştirak edən komandalar dünya çempionu olmaq gücündədir

Futbol
Bu gün, 17:00

Strasburq klubuna yeni baş məşqçi təyin edilib

Futbol
Bu gün, 16:58

„Neftçi“ FK azarkeşləri ilə görüş keçirəcək

Futbol
Bu gün, 16:42

Yuri Tilemans “Mançester Yunayted”ə qoşulacaq

Minifutbol
Bu gün, 16:20

Qəbələnin hazırlıq oyunlarının cədvəli bəlli oldu

Şahmat
Bu gün, 16:13

Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib

Futbol
Bu gün, 16:00

Slaven Biliç Xorvatiya millisinə baş məşqçi kimi geri qayıtdı

Qarabağ FK
Bu gün, 15:27

Şahruddin Məhəmmədəliyev “Qarabağ” FK-dan ayrılacaq

Futbol
Bu gün, 15:20

Bakı Sportinq transferə Fərid Səfərli və Hüseyn Məmmədzadəni heyətinə qatdı

Futbol
Bu gün, 14:57

Maudo Jarjue „Şəfa“ya transfer olunur

Futbol
Bu gün, 14:52

Messinin yenidən dünya çempionu olması üçün hər şeyi edəcəyik - Xulian Alvares

Futbol
Bu gün, 14:52

Fuad Bayramov “Səbail” FK-da karyerasını davam etdirəcək

Futbol
Bu gün, 14:29

Elgiz Kərəmli “Mingəçevir” FK-ya niyə “yox” dedi?

Futbol
Bu gün, 14:20

Conatan Devid Türkiyə klubunun təklifini rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Nihad Mujakiçin “Qarabağ”a keçidi ilə bağlı iddialar güclənib

Futbol
Bu gün, 13:44

Mahir Emreli “Makkabi”nin təklifini rədd edib

Voleybol
Bu gün, 13:35

“Gəncə”yə braziliyalı voleybolçu Ariadne Ramos qatıldı

Futbol
Bu gün, 13:28

Qəbələ FK yay təlim-məşq toplanışında beş yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 13:13

Qari Nevill: İngiltərə finala yüksələcək

Minifutbol
Bu gün, 12:58

Zirənin Gürcüstana səfər proqramı məlum olub

Şahmat
Bu gün, 12:47

Azərbaycan qadın şahmatçıları Şabranda təlim-məşq toplanışı keçiriblər

Futbol
Bu gün, 12:30

Şəhriyar Əliyevə iki imkan: Premyer Liqa və ya xaricdə oyun

Basketbol
Bu gün, 12:14

Türkiyə U-20 millisinin Avropa çempionatındakı ilk qələbəsi

Futbol
Bu gün, 11:59

Azərbaycanlılar "Sabah"a dəstək olacaq

Oxşar xəbərlər