top
Səbail komandasının kapitanı: Adımızı batırdıq, Birinci Liqaya düşməyimizə gətirib çıxardıq Idman.biz
12 may 2025, 13:58
- +

"Səbail" komandasının kapitanı: "Adımızı batırdıq, Birinci Liqaya düşməyimizə gətirib çıxardıq"

"Səbail"in futbolçusu Yusif Nəbiyev komandanın Misli Premyer Liqasından aşağı dəstəyə düşməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi bu barədə "Report"a açıqlama verib.

Kapitan məyus olduqlarını bildirib: "Vəziyyətimiz onsuz da çətinləşmişdi. Digər komandalarla xal fərqi artmışdı. Bu durumdan çıxmaq üçün özümüzə motivasiya verdik. Amma alınmadı, məyusuq. Belə olmasını istəməzdik. Bir futbolçu kimi adımıza da ləkə düşdü. Komandanın I Liqaya düşməsinə səbəbkar olduq. Vəziyyət yaxşı deyil. Söhbət tək futbolçulardan getmir. Orada çalışan işçilər, ailəsini saxlayan insanlar var idi".

Nəbiyev "dənizçilər"in Premyer Liqaya qayıdacağına ümid etdiyini söyləyib: "Hazırda bəzi məsələlər barədə məlumatım yoxdur. Komanda I Liqada çempionluq uğrunda mübarizə aparacaqmı? Bilmirəm. Ümid edirəm ki, elitaya qayıtmaq üçün oynayarlar və yenidən əsas çempionatda mübarizə apararlar. "Səbail" həqiqəqən yaxşı klubdur".

O, öz karyerası ilə bağlı qısa danışıb: "Hələlik hansısa fikrim yoxdur. Necə olacağını gözləyirəm. Başqa klub və müqavilə barədə düşünmürəm. Qarşıda iki matçımız var. Bu oyunlar bitdikdən sonra irəli baxacağıq".

Qeyd edək ki, "Səbail" 22 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Bakılılar sona iki tur qalmış doqquzuncu olan "Sumqayıt"dan 8 xal geri qalır.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:36

"Qarabağ" "Metallist"ə uduzdu: 3-5 - VİDEO

Güləş
Bu gün, 21:30

Arif Abdullayev: Güləşçilərimizin səhvlərini düzəldib, dünya çempionatına hazırlaşacağıq

Futbol
Bu gün, 21:26

"Sportinq" Dyökeresin əvəzinə Luis Suaresi transfer etmək istəyir

Futbol
Bu gün, 21:22

AFFA və PFF prezidentləri arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Futbol
Bu gün, 21:18

AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq müzakirə edilib

Güləş
Bu gün, 21:15

Vasif Bağırov Avropa çempionluğundan sonra dünya çempionatında da qızıl medal qazanmağa çalışacağını bildirib

Futbol
Bu gün, 21:04

"Şamaxı" İsveçrəli Hücumçu Karim Rossini ilə Müqavilə İmzaladı - RƏSMİ

Güləş
Bu gün, 21:00

U-20 sərbəst güləş üzrə Avropa ikincisi olan Azərbaycan yığması Vətənə qayıdıb

Futbol
Bu gün, 20:57

"Roma" Rişard Rios üçün 30 milyon avro tələbi ilə qarşılaşıb

Futbol
Bu gün, 20:33

"Karvan" "Turan Tovuz"dan Eltun Turabovu transfer etdi

Futbol
Bu gün, 20:31

"Qarabağ" - "Metallist": Yoxlama oyununda heç-heçə - 2:2

Futbol
Bu gün, 20:27

"Zirə"nin rəqibi "Hayduk"da təyinatlar: Rakitiç vəzifəyə təyin olundu

Güləş
Bu gün, 20:17

U-20 Avropa Çempionatında iştirak edən Azərbaycan sərbəst güləşçiləri Vətənə qayıdıblar

Digər
Bu gün, 20:03

"Tur de Frans"ın lideri Yasper Filipsen qəza səbəbindən yarışı tərk edib - FOTO

Futbol
Bu gün, 19:58

Luis Dias "Bavariya" ilə anlaşdı: Transfer yaxın?

Futbol
Bu gün, 19:42

Eltun Turabov "Karvan"da - RƏSMİ

Basketbol
Bu gün, 19:39

Canan Musa "Real"dan Avroliqanın debütantı "Dubay"a keçib

Futbol
Bu gün, 19:28

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayır

Futbol
Bu gün, 19:25

"Zirə" Georgi Papunaşvili ilə müqaviləni uzadıb

Voleybol
Bu gün, 19:20

Kişi voleybol klubları Avrokuboklarda Azərbaycanı təmsil edəcək

Futbol
Bu gün, 19:20

Messi Səudiyyə Ərəbistanına transferə yaxın: Ronaldo ilə görüş ehtimalı artır

Futbol
Bu gün, 19:10

"Zirə" Georgi Papunaşvili ilə müqaviləni uzadıb - RƏSMİ

Futbol
Bu gün, 18:59

"Araz-Naxçıvan"ın Türkiyə Təlim-Məşq Toplanışındakı Yoldaşlıq Oyunları Cədvəli Müəyyənləşdi

Futbol
Bu gün, 18:57

Georgi Papunaşvili "Zirə" ilə müqaviləsini uzadıb

Oxşar xəbərlər