top
“Şamaxı” və Premyer Liqaya dərhal dönənlər - TƏHLİL İdman.biz
23 may 2024, 10:46
- +

“Şamaxı” və Premyer Liqaya dərhal dönənlər - TƏHLİL

Azərbaycan çempionatının daha bir liqasında mübarizəyə yekun vurulub.

İdman.biz xəbər verir ki, "Şamaxı" I Liqada qızıl medalları qazanmaqla bir ildən sonra Premyer Liqada oynamaq hüququ qazanıb.

Bölgə təmsilçisi aşağı dəstədə keçirdiyi ilk mövsümdə uğura imza atmaqla dərhal uzun illər çıxış etdiyi elitaya qayıdıb. Bu dönüşün rəsmiləşməsi isə mayın 27-də Lisenziya Komissiyasının iclasında rəsmiləşəcək.

Şamaxının eyniadlı klubu aşağı dəstəyə düşən kimi yerini qaytaran ilk komanda deyil. 1992-ci ildən keçirilən Azərbaycan çempionatına buna nail olan kifayət qədər komanda olub.

"Avtomobilçi"də avtomobil sürətli
İlk Azərbaycan çempionatı 1992-ci ildə keçirilib. Kütləviliyi və daha böyük miqyası əhatə edən yarışa qatılan 26 komandadan 8-i elitanı tərk edib. Onlardan ikisi – Nəvahinin "Gənclik" və Kürdəmirin "Şirvan" klubları mövsüm bitməmiş mübarizəni dayandırıb. 6 komanda isə I dəstəyə yuvarlanıb.
Geri dönmək üçün ilk mübarizə aparanlar da məhz həmin klublar olub. 1993-cü ildə I dəstədə iki qrupda mübarizə gedib. Öz qrupunda 1-ci yeri tutanlar güclülər dəstəsinə vəsiqə qazanıb. Bu xoşbəxtlərdən biri "Avtomobilçi" olub. Yevlax təmsilçisi avtomobil sürəti ilə güclülər dəstəsinə qayıdıb. Onlar formal finalda "Xəzri"yə uduzsa da, ikinci yerin sahibi kimi bu hüququ qazanıb. Azərbaycan futbolu tarixinə dərhal geri dönən ilk klub kimi düşən "Avtomobilçi" 1992-ci ildə olduğu kimi 1993/94 mövsümündə də elitanı tərk edib. Amma bu dəfə geridönüş olmayıb.

Neftin içində üzdülər, yağda boğuldular
"Avtomobilçi"nin 1-ci liqada zəfər çaldığı 1993-cü ildə güclülər dəstəsində 20 komanda çıxış edib. Onlardan da 6-sı aşağı dəstəyə düşüb. İlk iki mövsümü elitada keçirən "Azneftyağ" 1993/94 mövsümündə 1-ci dəstədə oynamalı olub. Burada həm qrup mərhələsində, həm də final mərhələsinin öz "üçlüy"ündə uğura imza atan "neftçilər" dərhal güclülər sırasına qayıdıb. Həmin vaxt final mərhələsinin iki qrupunun qalibi yuxarı dəstəyə vəsiqə qazandıqdan sonra onlar arasında formal çempionluq matçı baş tutmayıb. "Azneftyağ" aşağı yuvarlandıqdan sonra ilk mövsümdə elitaya dönən ikinci komanda kimi tarixə düşüb. Amma güclülər dəstəsində 5 turdan sonra fəaliyyətini dayandırıb.

"Xəzər" coşanda
Ötən əsrin 90-cı illərinin əvvəlləri daha bir komandanın güclülər dəstəsini tərk etdikdən sonra dərhal geri dönməsi ilə əlamətdar olub. Sumqayıt "Xəzər"i 1994/95 mövsümündə elitaya vida edib. Amma "Gənclik şəhəri" təmsilçisi növbəti mövsümdə coşub. Dəfələrlə adını dəyişən klub həmin vaxt "Sumqayıt"a çevrilərək 1-ci dəstədə çempion olub. Özü də "Xəzər" "Çinar Polis Akademiyası" və "Fərid"lə gərgin mübarizədə qızıl medallara və geridönüşə imza atıb.

Ötən əsr getdi, bizim əsrdə qayıtdı
Əgər "Avtomobilçi", "Azneftyağ" və "Xəzər"in uğurları ötən əsrə, 90-cı illərin ilk yarısına təsadüf edibsə, MOİK-in möhtəşəm geridönüşləri sanki dünən olub. Ordu klubu XXI əsrdə aşağı dəstəyə düşən kimi geri qayıdan ilk və uzun müddət yeganə komanda olub. Onlardan sonra bunu "Şamaxı" bacarıb. "Hərbçilər"in daha bir nailiyyəti bu geridönüşə iki dəfə imza atmasıdır.
Həmin vaxt OİK adlanan Bakı klubu ötən əsrdə - 1999/2000 mövsümündə aşağı dəstəyə yuvarlanıb. "Hərbçilər" XXI əsrdə bitən ilk çempionatda - 2000/01 mövsümündə Bakı "Ümid"i və Qusar "Şahdağ"ı ilə gərgin mübarizədə çətinliklə, əlavə göstəricilərə görə çempion adını qazanıb. OİK həmin vaxt ilk dəfə dərhal elitaya dönüb.

Tarix təkrarlanır
"Tarix təkrarlanır" ifadəsi özünü çox gözlətməyib. 8 ildən sonra hadisələr eyni məcrada keçib. 2008/09 mövsümündə Premyer Liqada sonuncu olan MOİK I diviziona yuvarlanıb. Amma yenə həsrət cəmi bir il sürüb. 2009/10 mövsümündə eyni xal toplayan həmin vaxt "Gəncə" adlanan "Kəpəz"lə MOİK Premyer Liqaya iki vəsiqəni ələ keçiriblər. Bununla da MOİK ardıcıl iki dəfə sürətli geridönüş edən ilk və hələlik yeganə komanda kimi tarixə düşüb.

6-cı hadisə, 5-ci klub
Göründüyü kimi "Şamaxı" Premyer Liqa tarixinə aşağı dəstədəki ilk ilində geri dönən 5-ci klubdur. MOİK-in buna iki dəfə imza atdığını nəzərə alsaq, 6-cı belə hadisəyə şahid olduq. 7-ci isə növbəti artıq növbəti mövsümdə gerçəkləşə bilər. Premyer Liqanı tərk edən "Qəbələ"nin potensialı və iddialı baş məşqçisi Kaxaber Tsxadadzenin bunu bacarması real görünür.

Vüqar Xeyrullayev
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Arif Əsədov Azərbaycan Kubokunun yarımfinal oyunları barədə fikirlərini bölüşdü

Futbol
Bu gün, 13:58

Todor Yançev Azərbaycan U-21 millisi haqqında fikirlərini bölüşüb

Basketbol
Bu gün, 13:43

Basketbol Liqası: "Quba" - "Şəki" qarşılaşması Qubada baş tutacaq

Futbol
Bu gün, 13:40

"Milan" 19 yaşlı monteneqrolu Andrey Kostiçlə müqavilə imzaladı

Futbol
Bu gün, 13:33

Ançelottinin Modriçlə zarafatı: "Sənin braziliyalı baban var, elə deyilmi?"

Futbol
Bu gün, 13:33

Bülənt Korkmaz: "Kaş ki, Azərbaycan millisi də dünya çempionatına qatıla biləydi"

Futbol
Bu gün, 13:29

Kamal Umudlu U-19 Avropa Çempionatının Seçmə Mərhələsində Hakimliyi İlə Fərqlənib

Basketbol
Bu gün, 13:24

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün MVP-ləri açıqlanıb

Futbol
Bu gün, 13:20

Riko Lüis oyun təcrübəsinin azlığından narazıdır və "Mançester Siti"dən ayrıla bilər

Boks
Bu gün, 13:15

Fiziyev Ziamın Bakı çağırışına "ballı" cavab verdi - FOTO/VİDEO

Futbol
Bu gün, 13:03

Laporta "Barselona"nın maliyyəsi və Superliqa ilə bağlı danışdı

Futbol
Bu gün, 13:00

"Neftçi" Kennedi Boatenq transferində rəqabətlə üzləşdi: Çin və Avropa təklifləri planları pozur

Boks
Bu gün, 12:50

Tofiq Musayev UFC-dəki ilk qələbəsi, zədəsi və gələcək planları haqqında danışdı

Futbol
Bu gün, 12:41

Azarkeş Skaloniyə Fransanın gücü barədə xəbərdarlıq etdi

Cüdo
Bu gün, 12:40

Rəşad Rəsullu: Gəncədəki Avropa Kuboku regionlarda cüdoya təkan verir

Futbol
Bu gün, 12:26

AFFA klublara oyunçuları izləmək üçün kameralar təqdim edəcək

Digər
Bu gün, 12:24

Çövkən üzrə Bakı Dünya Çempionatında 9 Ölkənin İştirakı Təsdiqlənib

Futbol
Bu gün, 12:20

Azərbaycan Kuboku: Ağayev "Turan Tovuz" - "Zirə", Cabarov isə "Qarabağ" - "Sabah" oyununa təyinat alıb

Futbol
Bu gün, 12:17

İtaliya futbolunda zəlzələ: Qattuzo gedir, Buffon da vəzifəsini tərk edir

Boks
Bu gün, 12:14

Tofiq Musayev UFC-dəki İlk Qələbəsi, Zədəsi və Gələcək Planları Haqqında

Futbol
Bu gün, 12:08

Cahangir Fərəcullayev: Yeni texnologiyalar milli komandalara uyğun oyunçu seçimində kömək edəcək

Futbol
Bu gün, 12:00

Füzuli Məmmədov: "Əgərlərlə danışmaq futbol üçün doğru yanaşma deyil" - Müsahibə

Futbol
Bu gün, 11:59

"Real Madrid" və "Apple"dan futbol azarkeşləri üçün imersiv izləmə təcrübəsi

Futbol
Bu gün, 11:57

AFFA Klublara Gənclər Liqası Oyunçularını İzləmək Üçün Kameralar Verəcək

Oxşar xəbərlər