"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi qapıçısı Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seydəhmədov növbəti mövsümü komandada keçirəcək.
29 yaşlı qolkiper 2023-cü ildən "Şamaxı"nın formasını geyinir. O, başa çatan mövsümdə Premyer Liqada 1 oyuna çıxıb.