top
Şahruddin Məhəmmədəliyev: Azərbaycan futbolunun gələcəyində işıq görmürəm Idman.biz
17 noyabr 2025, 10:27
- ↺ +

Şahruddin Məhəmmədəliyev: Azərbaycan futbolunun gələcəyində işıq görmürəm

Azərbaycan millisi Bakıda DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzub.

Oyundan sonra yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev Teleqraf-a müsahibə verib. Təcrübəli qapıçı yığmanın nəticəsi və onun səbəblərini açıqlayıb:

- Zədə xronikidirsə, demək olarmı ki, bu, karyeranın sonunu gətirir?

- Yox, belə fikirləşmirəm. Nə qədər əməliyyat oluram, nə qədər ağrı verirsə, bu, mənə daha da güc verir. Zədədən sonra mən güclü şəkildə qayıdıram. Fikir vermirəm.

- Üçüncü qol avtoqol idi?

- Videoda o qolu görmədim. Məncə, mən dəydim topa, amma məndən sonra kimsə dəydi, yoxsa yox, bilmirəm. Avtoqol avtoqoldur. Artıq qərar verildi.

- Ayxan Abbasovun komandaya gəlişindən sonra milli ruh geri qayıtdı.

- Bəli, komandaya milli ruh geri qayıtdı. Soyunub-geyinmə otağında azərbaycanca danışmaq çox vacibdir. Azərbaycan millisində elə azərbaycanlı məşqçi olmalıdır.

- Bəs nə üçün nəticə yoxdur?

- Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir? Abbasdan güclü futbolçu tapın. Öz klubunda sağ cinah müdafiəçisi və ya yarımmüdafiəçisi mövqeyində oynayan başqa bir azərbaycanlı varmı? Tapın elə bir futbolçunu. "Turan Tovuz"da 11 legioner meydançaya çıxır. Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. I Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futbolçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı?

- Sizcə, Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra vəziyyət pis tərəfə dəyişib?

- Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan futbolu məhz bu limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. "İmişli"də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim! Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur.

- Təcrübəli qapıçı olaraq necə düşünürsünüz, azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməmələri nə ilə bağlıdır?

- Məsələ millidə deyil. Harada oynayaq? Uşaqlar harada oynasınlar? Aydındır, mən hələ "Qarabağ"dayam, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan futbolu barədə düşünür, çempionatda oynama şansı verir. Bəs o biri uşaqlar harada oynasınlar? Hara getsinlər? "Gəlin, burada oynayın" deyə kim bizi gözləyir? Elə bir ölkə varmı ki, bizi çağırsın? Hamı deyir ki, gedin oynayın. Harada? Söhbət mentalitetdə deyil. Rüfət Abdullazadə Xorvatiyaya "Varajdin"də oynamağa gedib. O, orada heyətdə yer alırmı? Çünki onun kimi oyunçular minlərlədir və oranın komandaları özlərinkiləri prioritet götürürlər. Deyirlər ki, özümüzdə beləsi varsa, azərbaycanlı nəyimə lazımdır? Bizdə isə əksinədir. Azərbaycanlı və legioner arasından prioriteti əcnəbiyə verəcəklər.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Oxşar xəbərlər