"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarında rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Sport24.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytı məlumat paylaşıb.
"Bayquşlar" 4 rəqibi ilə ölkənin ən böyük arenasında - Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Dambrauskasın yetirmələri "Mançester Yunayted" (İngiltərə) ilə sentyabrın 10-da, "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.
II tur
13 oktyabr
20:45. "Sabah" – "Slaviya" (Çexiya)
III tur
20 oktyabr
20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)
V tur
25 noyabr
21:45. "Sabah" – "Barselona" (İspaniya)
VII tur
20 yanvar
21:45. "Sabah" – "Napoli" (İtaliya)