Misli Premyer Liqasının ilk turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.
İdman.biz xəbər verir ki, komandaların bununla bağlı PFL-ə müraciəti müsbət qəbul olunub.
Qurum rəsmi görüşlər arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən komandalar arasında I tur çərçivəsində keçiriləcək qarşılaşmanı təxirə salıb.
İdman.biz