Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq futbol turnirinə start verilib. Sport24.az xəbər verir ki, "Sabah"ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.
Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin "Mançester Siti" komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.
Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın "Rayo Valekano" komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. "Sabah"ın qolunu Ayxan İbadov vurub.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.