top
Ruy Jorje Azərbaycan U-20 yığmasının baş məşqçisi kimi təqdim olunub Sport24.az
16 mart 2026, 15:15
- +

Ruy Jorje Azərbaycan U-20 yığmasının baş məşqçisi kimi təqdim olunub

Azərbaycanın U-20 milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuş Ruy Jorjenin mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, porrtuqaliyalı mütəxəssis ona ünvanlanan sualları cavablandırıb:

 

- Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı 1,7 il ərzində çox yaxşı təcrübə keçə biləcəyik. Bu müddət ərzində bərabər olacağıq. Təşəkkür edirəm. Suallarınıza cavab verməyə hazıram.

 

- Bundan əvvəl həmyerliniz Fernandu Santuş ölkəmizdə işləyib. Onunla hansısa söhbətiniz olub? Burada hansısa uğur qazanacağınızı düşünürsüz?

- Uğur qazanmaq üçün bunun üzərində işləmək, çalışmaq lazımdır. Uğur idman nəticələrindən asılıdır. Buna nə mən, nə də hansısa məşqçi zəmanət verə bilməz. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən, əzmkarlığından asılıdır. Onlar üzərlərində çalışmalıdılar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. fernandu Santuşla danışıb-danışmadığıma gəlincə, əlbəttə həm özü ilə, həm də köməkçiləri ilə danışdım. Müqavilə imzalamamışdan öncə danışmışdım. Həm ölkə, həm də insanlar haqda çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən, rəftarından yaxşı şeylər eşitdim. Bura gəldiyim ilk gündən gördüm ki, Santuşun dedikləri ilə üst-üstə düşür.

 

- Azərbaycan yığması Portuqaliya deyil, azərbaycanlı futbolçular isə portuqaliyalı futbolçular deyil. Əsas milli üçün hazır oyunçu tapmaq çətindir, qalmışdı ki, U-20 yığması üçün. Necə edəcəksiz ki, 18-20 yaşlı futbolçular oynasın? AFFA-ya hansısa təklif irəli sürəcəksiz? 

- Hazırkı vəziyyətdə bununla bağlı hansısa söhbətim, təklifim olmayıb. Çempionatla tanışam, tam dəqiqliyi ilə deyə bilmərəm ki, oyunçuların çempionatda çox oynamaması formata görədir, ya başqa səbəbə görə. Təcrübəmə əsasən bir şeyi bilirəm ki, oyunçuların yetişməsi üçün klubların görəcəyi iş çox önəmlidir. Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya millisi deyil, Azərbaycan millisinin üzvləri də Portuqaliya millisində çıxış edən oyunçular deyil. Amma biz Portuqaliya U-20 yığması ilə uğur qazananda, Portuqaliya U-21 yığması reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir.

 

- Fernandu Santuş futbolumuz haqda sizə nə deyib?

- O, əsas millidə çalışırdı, mən U-20 yığmasının baş məşqçisiyəm. Ona görə futbol haqda danışmamışam. Çünki onun millidə tələbləri, oyunçu səviyyəsi ilə mənim millimdəki səviyyə eyni deyil. Danışığımız ancaq ölkə haqda idi.

 

- 2013-cü ildə Portuqaliyanın U-21 yığması Azərbaycana 2:0 və 3:0 hesabı ilə qalib gəlmişdi və futbolçularımızı tərifləmişdiniz. İlk dəfə Azərbaycan yığmasından təklif olanda, U-19 və ya U-21 millilərimizin oyunlarına baxdınız?

- Əlbəttə ki, dərhal 2013-cü ildəki oyunları xatırladım. Hazırda da beynimdə dərhal matçın harada keçirildiyini, hətta 2-ci qolu necə vurmağımızı da xatırlayıram. Bernardo Silvanın debüt oyunu idi, Azərbaycanda oynamışdı. Hamısını yaxşı xatırlayıram. AFFA rəhbərliyi ilə danışıqdan öncə U-19 yığmasının oyunlarını izləmişəm. Çünki istəyirdim məndə ideya olsun və onlarla danışım. Azərbaycanın Malta, Polşa ilə oyunlarını izləmişəm. 

 

- Bu oyunçularla 1 ildən sonra nə edə bilərik?

- Çexiya, Şimali İrlandiya ilə oyunlara da baxdım. U-19 yığmasının qrup mərhələsindəki matçlarını izlədim. Ardınca isə Sloveniyaya qarşı matça baxmışam. Sistem olaraq bilmək istəyirsiz ki, biz necə çıxış edəcəyik? Bu mövzuda son qərarlarımızı verməmişik. Öncə futbolçuların keyfiyyətini qaldıracağıq, sonra digər məsələlərə keçəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:36

Merih Demiralın həyat yoldaşı Instagramda soyadını dəyişdi – FOTO

Basketbol
Bu gün, 11:30

Neftçi SOCAR 1/4 finaldə Ulan‑Bator Amazons ilə qarşılaşır

Basketbol
Bu gün, 11:30

Neftçi SOCAR 3x3 basketbol turnirində 1/4 finaldə Ulan‑Bator Amazons ilə üz-üzə

Basketbol
Bu gün, 11:30

Neftçi SOCAR 3x3 basketbol üzrə 1/4 finalda Ulan‑Bator Amazons komandası ilə üzləşir

Futbol
Bu gün, 10:30

Richard Hughes "Liverpul"dan ayrıldı, "Əl-Hilal"ın yeni idman direktoru olacaq

Futbol
Bu gün, 10:30

Richard Hughes “Liverpool”dan ayrıldı, “Al-Hilal”ın idman direktorü olacaq

Futbol
Bu gün, 10:05

Tramp 2026-ci Dünya Futbol Çempionatının ABŞ-ın iqtisadiyyatına gətirdiyi 18 milyard dollarlıq gəliri açıqladı

Futbol
Bu gün, 09:35

“İnter Mayami” Atlanta United ilə 2:2 barabərlik əldə etdi, son dəqiqədə qələbəni itirdi

Futbol
Bu gün, 09:35

“İnтер Майами” Atlanta United ilə 2:2 hesabı ilə başa çatdı

Futbol
Bu gün, 09:30

Benzemanın karyerasının sonu yaxınlaşır

Futbol
Bu gün, 09:30

Karim Benzemanın karyerası bu yayda başa çata bilər

Futbol
Bu gün, 08:40

Zenit'in hücumçusu Luis Enríquez Səudiyyə Ərəbistanı Al‑Ittihad klubuna keçə bilər

Futbol
Bu gün, 08:40

Zenit’in hücumçusu Luis Enrique Səudiyyə Ərəbistanı klubuna keçə bilər

Futbol
Bu gün, 08:40

Zenit’in hücumçusu Luis Enrike Səudiyyə Ərəbistanı klubuna keçə bilər

Futbol
Bu gün, 08:40

Zenit’in hücumçusu Luis Enrikeyin Səudiyyə Ərəbistanı “Al‑İttihad” klubuna keçidi

Futbol
Bu gün, 08:40

Zenit'in hücumçusu Luis Enríqeyə Səudiyyə Ərəbistanının Al‑Ittihad klubuna keçid mümkündür

Futbol
Bu gün, 08:39

Flik Qabriel Jezusun “Valensiya” ilə matçda çıxış edə biləcəyini açıqladı

Futbol
Bu gün, 05:31

Joze Mourinyo, Messi'nin Argentina millisindən ayrılmasına münasibət bildirib

Futbol
Bu gün, 04:24

Luka Modriç Xorvatiya milli komandasına davam qərarı verdi

Futbol
Bu gün, 04:24

Luka Modriç Xorvatiya milli komandasında oyunçuluğa davam edəcək

Futbol
Bu gün, 02:27

Neftçi – Şəfa matçının 5 qol video icmalı

Futbol
Bu gün, 02:27

Neftçi – Şəfa matçının 4:1 video icmalı

Futbol
Bu gün, 01:55

Zaur Həşimov: “Qapıçını yenidən forma gətirmək istəyirik”

Futbol
Bu gün, 01:15

Əl-İttihad, Ronaldun ötürməsi ilə Anjeloya qol gətirərək “Əl‑Nəsr”i məğlub etdi

Oxşar xəbərlər