top
Rauf Əliyev: İlk dəqiqələrdə buraxılan qollar hər şeyi dəyişdi - MÜSAHİBƏ Idman.biz
20 fevral 2026, 11:35
- ↺ +

Rauf Əliyev: "İlk dəqiqələrdə buraxılan qollar hər şeyi dəyişdi" - MÜSAHİBƏ

"Referinin "Qarabağ"ın qapısına təyin etdiyi ilk 11 metrlik cərimə zərbəsi penaltiyə oxşamırdı".

Bunu "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda "Nyukasl"a böyük hesabla (1:6) uduzacağını gözləyirdiniz? Ağır məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Xeyr, gözləmirdim. Oyundan əvvəl belə böyükhesablı məğlubiyyətin qeydə alınacağını düşünmürdüm. Matçın ilk dəqiqələrində buraxılan qollar hər şeyi dəyişdi və bu komandamız üçün çox ağır oldu. Görüşdən öncə bildirmişdim ki, ilk dəqiqələrdə qol buraxmasaq, yaxşı olar. Bilirik ki, İngiltərə təmsilçiləri sürətli futbol oynayan komandalar olurlar. Gözlədiyim kimi, "Nyukasl" matça yüksək templə başladı. Bundan əlavə, fərdi səhvlərimiz də çox idi. Geriyə verilən ötürmələrdə səhvlər etdik. Kevin Medina və Dani Boltun topu itirdikləri epizodları qeyd edərdim, digər səhvlərimiz də var idi. Bunlar da yekun nəticəyə təsirini göstərdi.

– Hakimin idarəçiliyi barədə nə deyə bilərsiniz?

– Referinin "Qarabağ"ın qapısına təyin etdiyi ilk 11 metrlik cərimə zərbəsi penaltiyə oxşamırdı. Müdafiəçi həmin epizodda topa dayaq əli ilə toxunmuşdu. Bir çox çempionatlarda belə epizodlarda penaltinin verilmədiyini görmüşük. Düşünürəm ki, Çempionlar Liqası kimi bir turnirdə bu cür penaltinin təyin olunması düzgün deyil.

– "Qarabağ" ikinci hissədə 5-li müdafiə xəttinə keçdikdən sonra yaxşı təsir bağışladı. Belə çıxır ki, "Nyukasl"la matça ənənəvi oyun sistemində deyil, bu sistemdə başlamalıydıq?

– Açığı, "Qarabağ"ın hansısa oyuna 5-li müdafiə xətti ilə başlaması yadıma gəlmir. Bəzi matçların gedişində bu sistemə keçə bilərlər. Amma sırf oyunun əvvəlindən 5 müdafiəçi ilə çıxış etdiklərini xatırlamıram. "Nyukasl"la qarşılaşmanın ikinci hissəsində, ola bilsin, rəqib oyunçular da artıq özlərini qorumağa başladılar. Matçın taleyini həll etdikləri üçün ilk hissədəki təzyiqi göstərmədilər. Bu da normal haldır. Bundan əlavə, "Qarabağ" da ilk hissədən sonra özünə gəldi. Fasilədən sonra komandamız artıq özünə bənzəyirdi.

– Cavab matçından gözləntiniz nədir? İngiltərədə daha böyükhesablı məğlubiyyətin qeydə alınacağından çəkinirsizmi?

– "Qarabağ"ı daha bir çətin oyun gözləyir. Bu dəfə "Nyukasl" ilə rəqib meydanında üz-üzə gələcəklər. İnşallah, səfərdəki görüşdə Bakıdakı kimi böyükhesablı məğlubiyyət olmaz.

– Necə düşünürsünüz, "Qarabağ"dan MLS klubu "Kolumbus Kru"ya transfer olunan Nəriman Axundzadə uğurlu legioner həyatı yaşaya biləcəkmi?

– Sabiq hücumçu kimi Nərimanın ABŞ klubuna transferinə sevinirəm. Çünki son vaxtlar üzərində böyük təzyiq var idi. Artıq həmin təzyiqlə bacara bilmirdi, bu da oyununa çox təsir edirdi. İnşallah, Amerika karyerası uğurlu alınar. Orada çıxış edərək daha çox göz önündə olacaq və gələcəkdə Almaniya, İspaniya, İngiltərə kimi ölkələrdən də təklif ala bilər. Legioner həyatına bir yerdən başlaması lazım idi. Nəriman Amerikada oynamağı seçdi. Ondan yaxşı qollar gözləyirik. İnanıram ki, bu keçid milli komandamız üçün də faydalı olacaq. Nərimana uğurlar arzulayıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər