77-ci dəqiqədə Murad Məmmədov hesab arasındakı fərqi iki topa çatdırır - 1:3.
19:30
Emin Mahmudov 69-cu dəqiqədə penalti zərbəsindən "Neftçi"nin ikinci qolunu vurur - 1:2.
19:04
"Qəbələ" - "Neftçi" oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 1:1-dir.
18:54
"Qəbələ" - "Neftçi" oyununda ilk 45 dəqiqə başa çatdı. Birinci hissədən sonra hesab 1:1-dir.
18:26
Bassala Sambu 22-ci dəqiqədə "Neftçi"nin bərabərlik qolunu vurur - 1:1.
18:23
19-cu dəqiqədə "Qəbələ"nin heyətindən Seydina Keyta hesabda önə keçir - 1:0.
17:59
Misli Premyer Liqasında 24-cü turun yekun oyunu "Qəbələ" - "Neftçi" qarşılaşması başladı.
17:05
Misli Premyer Liqasında 24-cü tura yekun vuracaq "Qəbələ" - "Neftçi" qarşılaşması üçün komandaların start heyətləri açıqlanıb:
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj
Baş məşqçi: Yuri Vernidub
09:49
Misli Premyer Liqasının 24-cü turunun son oyunuda "Qəbələ" "Neftçi"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 18:00-da Qəbələ şəhər stadionunda start götürəcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
"Qəbələ" 15 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. 31 xala malik "Neftçi" isə üçüncüdür.
Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
15 mart (bazar)
18:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.