"Qəbələ" klubu kapitanı Murad Musayevlə vidalaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Qəbələ" Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə Qəbələ təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasında debüt edib.
M.Musayev Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.
Qeyd edək ki, o "Qəbələ"də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.
10:59
"Qəbələ" müdafiəçisi Murad Musayevi heyətindən göndərib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze futbolçunu sərəncamında görmək istəməyib.
Murad Musayev isə "Şəfa" ilə müqavilə imzalayıb. O, Bakı klubu ilə üç illik sözləşməyə qol çəkib. O, 6500 dollar (11 min AZN) maaş alacaq.
Paytaxt klubunun tezliklə rəsmi açıqlama verməsi gözlənilir.