top
Qarabağın Çempionlar Liqası pley-offdakı rəqibi Ferentsvaroş - TANITIM Report.az
13 avqust 2025, 11:19
- +

"Qarabağ"ın Çempionlar Liqası pley-offdakı rəqibi "Ferentsvaroş" - TANITIM

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan təmsilçisi "Ferentsvaroş" 1899-cu ildə yaradılıb.

"Report"un məlumatına görə, klub həmin vaxt Ferenst Şpringer və bir qrup yerli sakin tərəfindən təsis edilib.

Komanda 36 dəfə Macarıstan çempionatının, 24 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub. Klub ev oyunlarını 23 700 azarkeş tutumuna malik "Ferentsvaroş" stadionunda keçirir. "Ağ-yaşıllar"ın prezidenti Qabor Kubatov, hazırkı baş məşqçisi isə İrlandiya millisinin məşhur sabiq hücumçusu Robbi Kindir.

"Ferenstvaroş" azarkeşləri ilə də məşhurdur. Fanatlar müxtəlif vaxtlarda avrokubok və yerli matçlarda etdiklərinə görə klubun cərimələnməsinə səbəb olublar.

Macarıstan təmsilçisi ötən əsrdə UEFA turnirlərdə uğurlu çıxış edib. Klub 1971/1972 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) yarımfinaladək yüksəlməyi bacarıb. "Ferentsvaroş" 1974/1975 mövsümündə UEFA Kuboklar Kubokunda final oynayıb. Komanda həmin vaxt həlledici görüşdə Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə 3 cavabsız qolla uduzub.

"Qarabağ"ın sabiq futbolçusu Julio Romao və İngiltərənin "Liverpul" klubu ilə titullar qazanmış Nabi Keyta bu komandada çıxış edir. Braziliyalı Kadi Borges məhz "ağ-yaşıllar"dan "köhlən atlar"a qayıdıb.

"Qarabağ"ın tarixində ikinci dəfə bu rəqiblə yolları kəsişəcək. Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin "Qarabağ" səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək. Azərbaycan çempionu əvvəlki raundda Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 14:40

Rişarlisonun transferində yeganə real variant Səudiyyə Ərəbistanı klublarıdır

Futbol
Dünən, 14:20

İnтер 21 yaşlı hücumçu Francesco Pio Espozito ilə müqaviləni uzatdı

Futbol
Dünən, 14:20

İnter 21 yaşlı hücumçu Franco Pio Espozito ilə müqaviləni uzatdı

Voleybol
Dünən, 12:26

Kuba əsilli Türkiyə voleybolçusu Melissa Varqas Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev təlimdə zədələnib, I Liqanın ilk turunda çıxış edə bilməyəcək

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev təlimdə zədələndi, iki həftə kəsir

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev məşq zamanı zədələndi

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev məşq zamanı zədələndi

Futbol
Dünən, 12:00

MOİK-in yeni transferi Yusif Nəbiyev zədələnib, I Liqanın ilk turunda iştirak edə bilməyəcək

Futbol
Dünən, 11:58

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qolunu Xorxe Silva ilə vurdu

Futbol
Dünən, 11:51

Mateuş Koxalski “Qarabağ”dan ayrılır, karyerasını Avropada davam etdirəcək

Futbol
Dünən, 11:51

Mateuş Koxalski “Qarabağ”ı tərk edərək Azərbaycandan ayrıldı

Futbol
Dünən, 11:51

Mateuş Koxalski Azərbaycanı tərk etdi, Polşaya qayıdır

Futbol
Dünən, 11:51

Qarabağın qapıçısı Mateuş Koxalski Azərbaycanı tərk edir

Futbol
Dünən, 11:51

Mateuş Koxalski 'Qarabağ' komandası ilə vidalaşaraq Azərbaycandan ayrıldı

Futbol
Dünən, 11:51

Mateuş Koxalski “Qarabağ”ı tərk edib, Azərbaycandan ayrıldı

Futbol
Dünən, 11:51

Mateuş Koxalski Polşaya qayıdır, Azərbaycanı tərk etdi

Futbol
Dünən, 11:51

Qarabağın qapıçısı Mateuş Koxalski Azərbaycanı tərk edir

Futbol
Dünən, 11:51

Mateuş Koxalski “Qarabağ” klubundan ayrılıb, karyerasına Polşada davam edəcək

Futbol
Dünən, 11:51

Mateuş Koxalski “Qarabağ” klubundan ayrıldı

Futbol
Dünən, 10:40

“Sabah” 25-ci böyükhesablı qələbəsini alaraq 11-ci komandaya çevrildi

Futbol
Dünən, 10:40

“Sabah” 25-ci böyük hesablı qələbə ilə 11-ci komanda oldu

Futbol
Dünən, 10:28

“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazandı

Futbol
Dünən, 10:20

Monako hücumçusu Folarin Baloqun Səudiyyə Pro Liqasına transferi

Oxşar xəbərlər