top
Qarabağın Avropa səhnəsindəki uğuru Sport24.az
17 sentyabr 2025, 13:00
- ↺ +

"Qarabağ"ın Avropa səhnəsindəki uğuru

RƏŞAD QASIMOV

 

Haradan, haraya? Bir vaxtlar Türkiyə və diqər yaxın qonşularımızın Çempionlar Liqasında çıxış edən komandalarının oyunlarına baxar, onların qələbəsinə sevinib, məğlubiyyətinə üzülərdik. Öz aramızda söhbət zamanı bizim klublarımızla onların təmsilçilərini müqayisə edərdik. İndi isə əksinədi... Türkiyə mediası "Qarabağ"ın uğurlarını qabardır, az büdcə ilə böyük uğur qazanmağın düsturunu ağdamlılardan öyrənməyi təklif edir. Ukrayna mətbuatı təmsilçisi olmadığı titanların yarışında Qurban Qurbanovun komandasının zəfərini manşetə yerləşdirir. Və Qurban hocaya "dəmir adam" deyə, müraciət edirlər.

 

Ötən gecə bütün Avropada adından söz etdirən "Qarabağ"ın "Benfika"nı necə məyus etdiyi barədə yazmaq istəmirəm. Oyunu bəlkə də bütün Azərbaycan ekran qarşısında izlədi. Baxa bilməyənlər isə ən azı qarşılaşmanın geniş icmalını seyr edib. Adım kimi əminəm ki, Vangelis Pavlidis 16-cı dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdıranda əksəriyyət ağdamlıların böyük hesabla məğlub olacağını düşünürdü. Ancaq nə Qurban Qurbanov, nə də komandası erkən qollardan "sındı". Əksinə, sanki buraxılan iki qol "süvarilər"i cəsarətli olmağa vadar etdi. Futbolçuların "ikinci nəfəsi" açıldı. Zubir ən yaxşı vaxtlarını xatırlatdı, "kolumbiya tankı" Medina rəqibin müdafiəçilərinə göz açmağa imkan vermədi, Bəhlul ayaq qoymalı yerə baş qoydu. Yeni transferlərdən Pedro Bikalyo UEFA-nın versiyasına görə, oyunun ən yaxşısı seçildisə, Kamilo Duran bir qol, bir məhsuldar ötürmə ilə qəbədə əsas pay sahiblərindən biri oldu.

 

"Qarabağ" Portuqaliyada qazandığı qələbə ilə həm də "demişdim, Çempionlar Liqasına hücumçu transfer etmədən getmək başını cəllad kötüyü üstünə qoymağa bənzəyir" söyləyənlərə, layiqli cavab verdi. Qurban Qurbanov komandasına, sərəncamında olan futbolçulara güvəndi, öz məşqçi bacarığına inandı, köməkçilərinə bel bağladı. İzafi sərfə yol verməmək üçün lazım bildiklərini heyətə cəlb etdi.

 

Futbol göründüyü kimi sadə oyun deyil. Aysberqin görünməyən hissəsi kimi, futbolun da görünməyən tərəfləri, çox incə nüansları var. Ki, bunu da Qurban hoca çox yaxşı başa düşür. Əvvəla, Azərbaycana çox səviyyəli legioner gətirmək çox çətindir. Ölkə çempionatının oyunlarının bəzi istisnalar olmaq şərti ilə boş tribunalar qarşısında keçirilməsi, Avropa futboluna hələ tam inteqrasiya olmaması və ən vacibi maliyyənin az olması tanınmış legionerlər üçün Azərbaycanı maraqsız edir. Lap tutaq ki, kimisə hansısa yolla, yüksək məvaciblə kluba dəvət etmək olar. Bu nəyi dəyişəcək? Uzağı komanda daxilində disbalans yaradacaq ki, Qurbanov da bunu yaxşı anlayır. Odur ki, baş məşqçi "Qarabağ" fərdlər üzərində qurulan yox, sistem komandası kimi görmək istəyir və bunu da bacarır.

 

Ola bilsin, növbəti matçlarda "Qarabağ" eyni qəhrəmanlığı təkrarlamayacaq, dünyanın ən mötəbər turnirində qələbə üzünə həsrət qalacaq. Olsun, Azərbaycan kimi qeyri-futbol ölkəsinin təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başlaması, bütün dünyanı "Qarabağ"dan danışmağa vadar etməsi özü belə bir tarixdir. Odur ki, cənablar, bu qələbədən ləzzət alıb, növbəti oyuna kimi uğurun dadını çıxarmaq lazımdır. Bizə həyəcanlı, sonunda sevinc gətirən 90 dəqiqəni yaşadanlara isə böyük təşəkkürlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər