top
Qarabağ Çempionlar Liqasında Keçmiş Rəqiblərinin Əksəriyyətini Geridə Qoyur Idman.biz
22 yanvar 2026, 10:39
- ↺ +

"Qarabağ" Çempionlar Liqasında Keçmiş Rəqiblərinin Əksəriyyətini Geridə Qoyur

Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gəldiyi rəqiblərinin demək olar ki, hamısını turnir cədvəlində qabaqlayır.

İdman.Biz xəbər verir ki, ÇL-in yeddinci turu çərçivəsində Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyunda qazanılan qələbədən (3:2) sonra Ağdam təmsilçisi 10 xal toplayaraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib.

"Qarabağ"ın cari mövsümdə artıq qarşılaşdığı klubların nəticələri ilə müqayisə aparıldıqda, Qurban Qurbanovun komandası ən yaxşı göstəricilərdən birini nümayiş etdirir. "Atlılar" yalnız Bakıda 2:2 hesablı heç-heçə etdikləri Londonun "Çelsi" klubundan geri qalırlar. "Aristokratlar"ın hazırda aktivində 13 xal var və bu nəticə ilə səkkizinci yerdə qərarlaşıblar.

Ağdam klubu digər bütün keçmiş rəqiblərini isə turnir cədvəlində üstələyir. Belə ki, səkkiz xala malik İspaniyanın "Atletik" klubu (1:3) 23-cü pillədə yer alıb. İtaliyanın "Napoli" (0:2) və Danimarkanın "Kopenhagen" (4:2) klubları da hərəyə səkkiz xal toplayaraq müvafiq olaraq 25-ci və 26-cı yerlərdə qərarlaşıblar. Portuqaliyanın "Benfika" (3:2) və Niderlandın "Ayaks" (2:4) klubları isə altı xala malikdirlər və müvafiq olaraq 29-cu və 32-ci mövqeləri tuturlar. Elə həmin "Ayntraxt" (3:2) isə dörd xalla 33-cü yerə geriləyib.

"Ayntraxt" artıq əsas mərhələnin ən yaxşı 24 komandası sırasına düşmək şansını dəqiq itirib. "Benfika" və "Ayaks" isə pley-off mərhələsinə yüksəlmək üçün nəzəri şanslarını qoruyurlar. Ağdam təmsilçisinin digər rəqibləri də növbəti mərhələyə vəsiqə qazanmaq imkanını saxlayırlar, lakin bunun üçün son turda mütləq qələbə qazanmalıdırlar.

Xatırladaq ki, Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsinin son turunda səfərdə "Liverpul"la qarşılaşacaq. Görüş yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Arne Slotun yetirmələri hazırda 15 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Oxşar xəbərlər