Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına yekun vurulacaq.
İdman.biz xəbər verir ki, günün yeganə matçı Almaniyada təşkil olunacaq.
Matç Dortmundda baş tutacaq. Yerli "Borussiya" öz meydanında PSJ ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında "Bavariya" ilə "Real" məhsuldar heç-heçə edib – 2:2.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. "Borussiya" D – PSJ - 1:0
Qol: Fullkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dortmund. "Siqnal İduna Park"
İdman.biz