top
Nigar Mirzəliyeva Zenitdəki uğurlarından və gələcək planlarından danışdı Sport24.az
10 iyun 2025, 16:00
- +

Nigar Mirzəliyeva "Zenit"dəki uğurlarından və gələcək planlarından danışdı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva bu günlərdə "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub. Sankt-Peterburq klubu həlledici oyunda Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.     2022-ci ildən "Zenit"in formasını geyinən 23 yaşlı futbolçu komandanın aparıcı simalarından biri sayılır. Hətta tez-tez Rusiya çempionatında turun rəmzi komandasına düşür. "Zenit"lə ikinci dəfə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva 2023 və 2024-cü illər mövsümündə də ölkə çempionu titulunu əldə edib. Komanda hazırda davam edən 2025-ci il mövsümündə isə turnir cədvəlinə başçılıq edir. AFFA-nın rəsmi saytına müsahibə verən millimizin futbolçusu həm qazandığı uğurla bağlı təəssüratlarını bölüşüb, həm də gələcək planlarından bəhs edib.     - Rusiya Superkubokunun qalibi olmaq necə hissdir?   - Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. "Lokomotiv"lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq.     - "Lokomotiv"lə görüşdə sizin üçün ən yaddaqalan an hansı oldu?   - Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik.     - "Rubin"dəki çıxışınızı da nəzərə alsaq, artıq 4 ildir karyeranızı Rusiyada davam etdirirsiniz. Oradakı stabil oyunu nəyə borclusunuz?   - "Zenit"də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də "Zenit"də bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm.   - Gələcək planlarınız nələrdir? Nəzərə alsaq ki, cəmi 23 yaşınız var, daha böyük liqalarda oynamaq istəmirsiniz?   - Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm.     - Həmin ölkələrdən təklifləriniz var?   - Bəzi klublardan təkliflər almışam. Həmçinin "Zenit" də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm.     - Azərbaycanda qadın futbolunun inkişafını necə qiymətləndirirsiniz?   - Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq.     - Qadın futbolçulardan ibarət milli komandamız 2026-cı ildə yenidən UEFA Millətlər Liqasında mübarizə aparacaq. Bu dəfə hədəf nə olacaq?   - Gələnilki Millətlər Liqasında mütləq uğurlu çıxış edəcəyik. Qrupumuza hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa çalışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq.
İş Elanları
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:49

U-21 Milli Futbolçusu Nihat Mehralıyev Şamaxıya Transfer Olunur

Futbol
Dünən, 23:14

Klublararası Dünya Çempionatının Favoritləri Açıqlanıb: PSJ İlk Yerdə

Voleybol
Dünən, 22:57

Miloş Antoniç yenidən "Azərreyl"in heyətində

Futbol
Dünən, 22:31

"Qarabağ" U-13 "Sozopol Cup 2025"-də ardıcıl iki qələbə qazandı

Olimpiada
Dünən, 22:10

III MDB Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib

Olimpiada
Dünən, 22:08

III MDB Oyunlarının Təşkilat Komitəsinin iclasında hazırlıq işləri müzakirə edilib

Futbol
Dünən, 21:56

Poqba "Monako"dan təklif alıb

Futbol
Dünən, 21:51

Cennaro Qattuzo İtaliya yığmasının baş məşqçisi təyin olunacaq

Futbol
Dünən, 21:26

"Brayton" 39 yaşlı Milner ilə müqaviləni uzadıb

Güləş
Dünən, 21:18

Nəzrin Əhmədli U-17 Avropa Çempionatında Bürünc Medal Qazanıb

Gimnastika
Dünən, 21:12

Əfqan Səfərovun memorialında 64 illik Azərbaycan rekordu yeniləndi, qaliblər müəyyənləşdi - FOTO

Güləş
Dünən, 21:05

U-17 Avropa çempionatı: Azərbaycanın 2 sərbəst güləşçisi finalda, 1 güləşçisi bürünc medal uğrunda yarışacaq

Futbol
Dünən, 20:57

"Yuventus" İqor Tudorla müqaviləni uzatdı - RƏSMİ

Güləş
Dünən, 20:41

Nəzrin Əhmədli U-17 Avropa Çempionatında bürünc medal qazanıb

Voleybol
Dünən, 20:30

Avropa Qızıl Liqası: Azərbaycan qadın voleybol yığması Xorvatiyaya məğlub oldu, ardıcıl 5-ci məğlubiyyət

Futbol
Dünən, 20:27

"Fənərbaxça" Son Hın-minə illik 12 milyon avro təklif edib

Voleybol
Dünən, 20:26

Azərbaycan qadın voleybol millisi Xorvatiyaya məğlub olub

Cüdo
Dünən, 20:06

Böyüklər arasında Ne-Vaza üzrə ACF Kuboku keçiriləcək

Gimnastika
Dünən, 20:00

Əfqan Səfərovun 28-ci Beynəlxalq Memorialına Start Verildi: Rekordlar və Qaliblər

Futbol
Dünən, 19:58

"Real" Franko Mastantuononu transfer etdi

Futbol
Dünən, 19:46

Neymar "Fənərbaxça"ya keçə bilər: Avropaya gözlənilməz qayıdış?

Güləş
Dünən, 19:45

U-17 Avropa çempionatı: İki güləşçimiz finalda, bir nəfər bürünc medal uğrunda güləşəcək

Cüdo
Dünən, 19:38

Böyüklər arasında cüdo üzrə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Futbol
Dünən, 19:34

"Mançester Yunayted" Osimhen üçün "Napoli" ilə danışıqları bərpa edir və "Qalatasaray" da maraqlıdır

Oxşar xəbərlər